• $
  • £

BP "Şahdəniz"də gündəlik hasilatı 72 mln kubmetr səviyyəsində saxlayacaq

BP
14.02.2024 15:19
Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz” yatağından təbii qaz hasilatı ildə 26 milyard kubmetr pik həddinə çatıb. BP bu səviyyəni bir neçə il saxlamağı planlaşdırır. Bunu BP-nin kommunikasiyalar və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib. 

"2023-cü ilin sonunda "Şahdəniz” yatağından 26 milyard kubmetr qaz və 4 milyon ton kondensat hasil edilib. Bu, əslində, hazırda imkanların maksimum həddidir, yəni biz qaz resursunun hasilatının pik həddinə çatmışıq”, - Aslanbəyli Azərbaycanın CBC telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə,  hazırda "Şahdəniz” yatağından hər gün təxminən 72 milyon kubmetr qaz hasil edilir. "Yeni layihələr sayəsində biz bu səviyyəni bir neçə il saxlamağa çalışacağıq", - vitse-prezident bildirib.

O əlavə edib ki, hazırda "Şahdəniz" yatağının şərq cinahında SDX-8 kəşfiyyat quyusunun qazılmasından əldə edilən məlumatların şərhi üzrə işlər aparılır. "Şərhin nəticələrinə əsasən, "Şahdəniz” yatağının dərin laylarında qazın həcmi barədə mühakimə yürütmək mümkün olacaq. Hazırda ekspertlərimiz və SOCAR şirkətləri bu resursların ixracı ilə bağlı həcmlər və planlar üzrə ortaq məxrəcə gəlmək üçün müxtəlif ssenariləri öyrənirlər”, - deyə Aslanbəyli bildirib.

Xəbər verildiyi kimi, 2023-cü ildə "Şahdəniz” yatağından hasilat 26 milyard kubmetr qaz (2022-ci il göstəricisinin + 4%-i) təşkil edib.

"Şahdəniz” yatağının işlənməsi üzrə müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və həmin il oktyabrın 17-də Milli Məclis tərəfindən ratifikasiya edilib.
 
Hazırda müqavilədə tərəflərin payı belədir -  bp (operator - 29,99%), LUKOIL (19,99%), TPAO (19%), NICO (10%) və Cenub Qaz Dehlizi QSC (21 ,02%).

"Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabrında başlanılıb.

Hazırda "Şahdəniz” yatağından qaz hasilatı Mərhələ-1 çərçivəsində Alfa platformasından və Mərhələ-2 çərçivəsində Bravo platformasından həyata keçirilir.
 
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:30
Bu günə olan məzənnə açıqlanıb

Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
İqtisadiyyat 09:15
Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
İqtisadiyyat 17:40
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:19
Qızıl bahalaşıb
Rubl və avro bahalaşıb - məzənnə
İqtisadiyyat 09:15
Rubl və avro bahalaşıb - məzənnə
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına
güzəştli kreditlər verəcək
İqtisadiyyat 17:23
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol