• $
  • £

2023-cü il Avropa İttifaqına təbii qaz idxalı artıb

2023-cü il Avropa İttifaqına təbii qaz idxalı artıb
15.02.2024 16:56
Avropa İttifaqı 2023-cü il Azərbaycandan 492,9 min terajul təbii qaz idxal edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2,5% çoxdur. Bu barədə İnterfaks agentliyi yazıb. 
 
Bildirilib ki, hesaabt dövründə idxal olunan qazın  dəyəri 6,2 milyard avro təşkil edib. 
 
Yanvarda energetika naziri Pərviz Şahbazov bildirib ki, 2024-cü ilin yanvarında Azərbaycanın təbii qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 4,5 % artıb.
 
2020-ci ilin sonunda Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə başlayıb.
 
TAP kəməri Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz” yatağından hasil edilən qazın "Mərhələ-2” çərçivəsində Avropaya nəqli üçün nəzərdə tutulub.
 
2027-ci ilin sonunadək kəmərin ötürücülük qabiliyyəti 12 milyard kubmetrdən, 20 milyard kubmetr qaza çatdırılması nəzərdə tutulub. 

Hazırda Aİ-nin Azərbaycan qazının alıcıları İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya və Macarıstandır.
 
TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.
 
TAP-a birləşdirilən Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) ilə Bolqarıstana "mavi yanacağın” nəql edilir.
 
"Bulgargaz EAD” dövlət şirkəti "Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün "Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb.

182 kilometr uzunluğa malik olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir və kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı proqnozlaşdırılır. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:30
Bu günə olan məzənnə açıqlanıb

Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
İqtisadiyyat 09:15
Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
İqtisadiyyat 17:40
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:19
Qızıl bahalaşıb
Rubl və avro bahalaşıb - məzənnə
İqtisadiyyat 09:15
Rubl və avro bahalaşıb - məzənnə
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına
güzəştli kreditlər verəcək
İqtisadiyyat 17:23
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol