• $
  • £

“Fitch Ratings” Azərbaycanla bağlı iqtisadi proqnozlarını açıqlayıb

“Fitch Ratings” Azərbaycanla bağlı iqtisadi proqnozlarını açıqlayıb
17.02.2024 09:45
"Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici valyutada uzunmüddətli emitent defolt reytinqini "BB+” səviyyəsində təsdiqləyib.

Bu barədə agentliyin saytında qeyd olunub.

"BB+” reytinqi Azərbaycanın çox güclü xarici balansı, aşağı dövlət borcu və suveren fondun böyük aktivləri hesabına yüksək maliyyə çevikliyi ilə dəstəklənir.

Cari əməliyyatlar hesabının profisiti 2023-cü ildə ÜDM-in 14,8 faizinədək azalıb, bu, "BB” kateqoriyasında ən yüksək göstərici olaraq qalır.

Agentlik bildirib ki, neftin qiymətlərinin enməsinə baxmayaraq, 2024-25-ci illərdə ölkədə profisitlərin güclü qalacağı gözlənilir. 2023-cü ildə xarici valyuta aktivləri 69,8 milyard ABŞ dollarına çatıb. Bunun 80 faizi ARDNF-nin payına düşüb.

Bundan başqa, 2023-cü ildə ÜDM-in 67%-i səviyyəsində təxmin edilən Azərbaycanın xalis suveren aktiv mövqeyi 2024-25-ci illərdə sabit qalacaq ki, bu da eyni qrup ölkələr arasında ən yüksək göstəricidir.

Azərbaycanın əsas ticarət tərəfdaşlarına nisbətən güclü manat və qlobal ərzaq qiymətlərinin enməsi sayəsində 2023-cü ildə orta inflyasiya 9%-ə düşüb:
"2024-cü ildə inflyasiyanın 4,5%-ə qədər daha da azalacağını proqnozlaşdırırıq”.

Agentlik bu il Azərbaycanda iqtisadi artımın 2,8%-ə yüksələcəyini proqnozlaşdırıb.

"Biz artımın 2024-cü ildə 2,8%-ə və 2025-ci ildə 2,5%-ə qədər bərpa ediləcəyini gözləyirik, bu da dövlət sərmayəsi ilə dəstəklənəcək, eyni zamanda, yeni neft hasilatı enerji sektorunda azalmanı yavaşlada bilər”, - "Fitch”in məlumatında qeyd edilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:30
Bu günə olan məzənnə açıqlanıb

Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
İqtisadiyyat 09:15
Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
İqtisadiyyat 17:40
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:19
Qızıl bahalaşıb
Rubl və avro bahalaşıb - məzənnə
İqtisadiyyat 09:15
Rubl və avro bahalaşıb - məzənnə
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına
güzəştli kreditlər verəcək
İqtisadiyyat 17:23
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol