• $
  • £

Qırmızı Ürəklər Fondunun əməkdaşları Türkiyədə işgüzar səfərdə olublar

Qırmızı Ürəklər Fondunun əməkdaşları Türkiyədə işgüzar səfərdə olublar
19.02.2024 13:39
Qırmızı Ürəklər Fondunun əməkdaşları Türkiyədə işgüzar səfər çərçivəsində vətəndaş cəmiyyəti institutları ilə əlaqələrini gücləndirmək məqsədi ilə görüşlər keçiriblər.

Səfər çərçivəsində Fondun prezidenti Sevda Haqverdiyeva və vitse-prezident  Nihad Salmanlı "Türk Eğitim Vakfı”nın sədri Banu Taşkın, "Ahbap Derneği”nin koordinatoru Gonca Akpınar, "Nef Vakfı”nın sosial xidmətlər üzrə koordinatoru Ercument Arabacı, "Sabancı Vakfı”nın sədri Nevgül Bilsel, "Vehbi Koç Vakfı”nın xüsusi layihələr üzrə meneceri Seçil Kınay, kommunikasiyalar üzrə menecer Çiğdem Toparlak ilə görüşlər keçiriblər.

Görüş zamanı tərəflər arasında qarşılıqlı fikir və təcrübə mübadiləsi aparılıb. Qırmızı Ürəklər Fondunun əməkdaşları, vətəndaş cəmiyyəti institutlarının nəzəri və praktiki bilikləri ilə tanış olublar. Fond nümayəndələrinə Türkiyə Respublikası daxilində QHT-lərlə işin təşkili, QHT-lərin aid olduqları şirkətlər tərəfindən göstərilən dəstək, ianələrin cəlb edilmə mexanizmi və müstəqil maddi resursların yaradılması haqqında ətraflı məlumat verilib. 

Qeyd edək ki, "Red Hearts” - Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək, həmçinin "Cəmiyyət” bölməsinə daxil olub ianələr etmək olar.





www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:30
Bu günə olan məzənnə açıqlanıb

Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
İqtisadiyyat 09:15
Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
İqtisadiyyat 17:40
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:19
Qızıl bahalaşıb
Rubl və avro bahalaşıb - məzənnə
İqtisadiyyat 09:15
Rubl və avro bahalaşıb - məzənnə
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına
güzəştli kreditlər verəcək
İqtisadiyyat 17:23
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol