• $
  • £

Almaniya Azərbaycana avtomobil ixracını artırıb

Almaniya Azərbaycana avtomobil ixracını artırıb
19.02.2024 16:18
2023-cü ildə Almaniya Azərbaycana 10 nəfərdən az adamın daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin ixracını 2022-ci illə müqayisədə 4,2% - təxminən 2,5 min ədədə qədər artırıb. Bu barədə İnterfaks-Azərbaycan Almaniya Federativ Respublikasının Federal Statistika İdarəsi (Destatis) hesabatına əsasən bildirib.

Hesabat dövründə tədarükün dəyəri 32,1% - təxminən 125,6 milyon avroya qədər artıb.

2023-cü ildə Almaniyadan Azərbaycana mühərrikinin həcmi 1500 kubsantimetrdən 3000 kubsantimetrə qədər olan təxminən 580 ədəd benzin mühərrikli yeni nəqliyyat vasitəsi (artım 2,7 dəfə) gətirilib. Tədarükün dəyəri təxminən 31,2 milyon avro (artım 3,1 dəfə) olub.

2023-cü ilin yanvar-noyabrında Azərbaycana dəyəri 1 milyard 680 milyon 652,85 min dollar (artım 63,3%) olan 95 971 ədəd nəqliyyat vasitəsi idxal edilib. Bu barədə  Dövlət Gömrük Komitəsi məlumat verib. 

Dövlət Gömrük Komitəsinin məlumatına görə, hesabat dövründə respublikaya idxal edilən nəqliyyat vasitələrinin ən çoxunu minik avtomobilləri və sərnişindaşıma üçün nəzərdə tutulmuş digər motorlu nəqliyyat vasitələri təşkil edib. Belə ki, keçən il   1 milyard 515 milyon 315,94 min dollar (artım 79,3%) dəyərində 88 151 ədəd. (artım 28,3%) motorlu nəqliyyat vasitəsi və  125 milyon 268,4 min dollar dəyərində 3102 ədəd elektromobil , 386,294 milyon dollar dəyərində 14 098 ədəd hibrid avtomobill idxal edilib.


Bundan əlavə, Azərbaycana 7287 ədəd  (artım 42,1%) və ya  115 milyon 351,55 min ABŞ dolları (artım 6,3%) dəyərində  yük daşımaları üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 370 ədəd. xüsusi təyinatlı avtomobillər (artım 5,4%) gətirilib. 
idxal edilib. 
 
2022-ci ildə Azərbaycana nəqliyyat vasitələrinin idxalı 74,577 min ədəd təşkil edib. 
 
Aytac Zeynalova


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:30
Bu günə olan məzənnə açıqlanıb

Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
İqtisadiyyat 09:15
Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
İqtisadiyyat 17:40
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:19
Qızıl bahalaşıb
Rubl və avro bahalaşıb - məzənnə
İqtisadiyyat 09:15
Rubl və avro bahalaşıb - məzənnə
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına
güzəştli kreditlər verəcək
İqtisadiyyat 17:23
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol