• $
  • £

Azərbaycan Rusiyadan buğda idxalını artırıb

Azərbaycan  Rusiyadan buğda idxalını artırıb
20.02.2024 18:53
2023-cü ildə Azərbaycan Rusiya Federasiyasından buğda alışını 0,9% artıraraq  1 milyon 17,453 min tona çatdırıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib. 

2023-cü ildə Rusiya Azərbaycana 250 milyon 412,49 min dollar (azalma 25,8%) buğda ixrac edib.

Belə ki, Rusiya buğdası Azərbaycana 1 ton üçün 246,11 dollardan (bir il əvvəl 334,79 dollar) ixrac olunub. 

2023-cü ildə Qazaxıstandan Azərbaycana buğda ixracı 51 milyon 77,93 min dollar (azalma 46,7%) məbləğində 152,405 min ton (azalma 46,6%) təşkil edib.

Orta hesabla bir ton Qazaxıstan buğdası Azərbaycana 335,14 dollara (bir il əvvəl 342,12 dollar) başa gəlib.

Ümumilikdə, Azərbaycana buğda idxalının 87 faizi Rusiyanın, 13 faizi isə Qazaxıstanın payına düşüb.

Əvvəllər bildirildiyi kimi, 2023-cü ildə Azərbaycana buğda idxalı 1 milyon 175,341 min ton təşkil edib ki, bu da 2022-ci ilin göstəricisindən 9,1% azdır.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:30
Bu günə olan məzənnə açıqlanıb

Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
İqtisadiyyat 09:15
Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
İqtisadiyyat 17:40
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:19
Qızıl bahalaşıb
Rubl və avro bahalaşıb - məzənnə
İqtisadiyyat 09:15
Rubl və avro bahalaşıb - məzənnə
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına
güzəştli kreditlər verəcək
İqtisadiyyat 17:23
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol