• $
  • £

Azərbaycanın Avropa İttifaqı ilə ticarət dövriyyəsi azalıb

Azərbaycanın Avropa İttifaqı ilə ticarət dövriyyəsi azalıb
20.02.2024 19:22
Azərbaycanla Avropa İttifaqı (Aİ) ölkələri arasında ticarət dövriyyəsi 2023-cü ilin sonunda 21,4 milyard avro təşkil edib ki, bu da 2022-ci ilin analoji dövrünün göstəricisindən 35,3% azdır. Bu barədə Avropa İttifaqının Statistika Departamenti (Eurostat) məlumat verib. 

2023-cü ildə ticarət dövriyyəsinin azalması əmtəə dövriyyəsinin əsasını təşkil edən neft və qazın qiymətlərinin 2022-ci ilə nisbətən aşağı düşməsi ilə bağlıdır.

Statistik məlumatlara görə, ötən ilin birinci rübündə xarici ticarətin həcmi 5,9 milyard avro  (illiklə müqayisədə 3,4% azalma), ikinci rübdə - 5,5 milyard avro (azalma 28,3%), üçüncü rübdə – 5 milyard avro (2,1 dəfə azalma), dördüncü rübdə – 5 milyard avro (43,7% azalma) təşkil edib.

2023-cü ilin sonunda Azərbaycanın Aİ ölkələri arasında əsas ticarət tərəfdaşları bunlardır İtaliya – 12,3 milyard avro (azalma 40,3%), Çexiya – 1,4 milyard avro (azalma 4,3%), Almaniya – 1,36 milyard avro (azalma 37,8%), Yunanıstan - 1,32 milyard avro (azalma 45,1%) və İspaniya - 0,9 milyard avro (azalma 36,2%) olub. 

2023-cü ildə Azərbaycandan Aİ ölkələrinə ixrac birinci rüb də daxil olmaqla 19,1 milyard avro (azalma 38,6%) ,  ikinci rübdə 5,3 milyard avro (8,2% azalıb), üçüncü rübdə -  4,9 milyard avro (azalma 31,8%),  dördüncü rübdə  - 4,4 milyard avro (2,2 dəfə azalma) təşkil edib. 

Beləliklə, 2023-cü ildə Azərbaycanın Aİ ölkələri ilə ixrac-idxal münasibətlərində müsbət saldosu 16,8 milyard avro (azalma 42,3%) təşkil edib.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:30
Bu günə olan məzənnə açıqlanıb

Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
İqtisadiyyat 09:15
Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
İqtisadiyyat 17:40
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:19
Qızıl bahalaşıb
Rubl və avro bahalaşıb - məzənnə
İqtisadiyyat 09:15
Rubl və avro bahalaşıb - məzənnə
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına
güzəştli kreditlər verəcək
İqtisadiyyat 17:23
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol