• $
  • £

Keniya Baş prokuroru “Asan Xidmət” və “Hərbi Qənimətlər Parkı”nda olub

Keniya Baş prokuroru “Asan Xidmət” və “Hərbi Qənimətlər Parkı”nda olub
24.02.2024 17:50

Baş prokuror Kamran Əliyevin dəvəti ilə Keniyanın Baş prokuroru Renson Mulele İnqonqanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdə olub.

"Qafqazinfo” xəbər verir ki, keniyalı prokurorlar Azərbaycanın prokurorluq orqanlarının, o cümlədən Baş Prokurorluğun yeni inzibati binasında yerləşən struktur qurumlarının, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin və Bakı şəhər prokurorluğunun fəaliyyəti ilə tanış olublar.

Məhkəmə orqanlarının fəaliyyəti ilə tanışlıq məqsədilə nümayəndə heyəti Yasamal rayon məhkəməsində olub. 7 saylı ASAN Xidmətin fəaliyyəti ilə tanışlıq isə qonaqlarda yüksək təəssürat yaradıb.

Bundan başqa, qonaqlar Heydər Əliyev Mərkəzini ziyarət edərək, görkəmli dövlət xadiminin həyat və fəaliyyətini əks etdirən stendlərlə tanış olub, onlara Mərkəzdə yerləşən muzey və eksponatlar barədə ətraflı məlumat verilib.

Heyət 44 günlük Vətən müharibəsi zamanı müzəffər Azərbaycan ordusunun işğalçı Ermənistan dövlətini döyüş meydanında məğlub etməsi nəticəsində ələ keçirdiyi hərbi qənimətlərin nümayiş olunduğu "Hərbi Qənimətlər Parkı”nda olub. Park qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Keniyanın Baş prokuroru Renson İnqonqanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ramazanın iyirmi beşinci gününün duası- İmsak və iftar vaxtı
Cəmiyyət 20:43
Ramazanın iyirmi beşinci gününün duası- İmsak və iftar vaxtı
Neftçalada qadın dəm qazından boğularaq ölüb
Cəmiyyət 20:29
Neftçalada qadın dəm qazından boğularaq ölüb
Bu gün Bakıda 537 küçə yuyulub
Cəmiyyət 18:58
Bu gün Bakıda 537 küçə yuyulub
Ötən gün axtarışda olan 163 nəfər saxlanılıb
Cəmiyyət 18:06
Ötən gün axtarışda olan 163 nəfər saxlanılıb
Bağlı qapı arxasında qalan azyaşlılar xilas edilib - Video
Cəmiyyət 17:18
Bağlı qapı arxasında qalan azyaşlılar xilas edilib - Video
Azərbaycanda bu dövlət qurumu ləğv edildi
Cəmiyyət 16:52
Azərbaycanda bu dövlət qurumu ləğv edildi
Ticarət mərkəzlərində oğurluq edən şəxs saxlanılıb
Cəmiyyət 16:17
Ticarət mərkəzlərində oğurluq edən şəxs saxlanılıb
Bakıda işlədiyi ofisdən 9 min dollarlıq fotoaparat oğurlayan şəxs saxlanılıb
Cəmiyyət 15:00
Bakıda işlədiyi ofisdən 9 min dollarlıq fotoaparat oğurlayan şəxs saxlanılıb
Küləklə bağlı - Xəbərdarlıq
Cəmiyyət 14:40
Küləklə bağlı - Xəbərdarlıq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol