• $
  • £

Ötən ay könüllü və icbari sığorta daxilolmaları artıb

Ötən ay könüllü və icbari sığorta daxilolmaları artıb
26.02.2024 18:05

2024-cü ilin yanvar ayı ərzində Azərbaycanda könüllü sığorta növləri üzrə 118 milyon 307 min manat, icbari sığorta növləri üzrə 20 milyon 807 min manat sığorta haqqı toplanılıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankı xəbər verir.
 
2023-cü ilin yanvar ayı ilə müqayisədə könüllü sığorta növləri üzrə toplanan sığorta haqqları 4.2% və ya 4 milyon 816 min manat, icbari sığorta növləri üzrə sığorta daxil olmaları isə 13.6% və ya 2 milyon 484 min manat artıb.
 
Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 13.7% artaraq 30 milyon 547 min manat, icbari sığorta növləri üzrə ödənişlərin həcmi isə 0.7% azalaraq 8 milyon 236 min manata bərabər olub.

Beləliklə, cari ilin yanvar ayında könüllü sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqından 25.8 manat sığorta ödənişi edilib. Bu rəqəm 2023-ci ilin ilk ayında 23.7 manata bərabər olub. Bu ilin yanvar ayı ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 39.6 manat təşkil edib ki, bu göstərici ötən ilin ilk ayında 45.3 manata bərabər idi.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:30
Bu günə olan məzənnə açıqlanıb

Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
İqtisadiyyat 09:15
Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
İqtisadiyyat 17:40
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:19
Qızıl bahalaşıb
Rubl və avro bahalaşıb - məzənnə
İqtisadiyyat 09:15
Rubl və avro bahalaşıb - məzənnə
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına
güzəştli kreditlər verəcək
İqtisadiyyat 17:23
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol