• $ 1.7
  • € 1.9795
  • ₽ 0.021559
  • ₺ 0.0394
  • £ 2.2847

"Şahdəniz" yatağının şərq-şimal cinahından hasilata başlanılıb

26.02.2024 19:53
"Şahdəniz 2" layihəsi çərçivəsində "Şahdəniz" yatağının şərq-şimal cinahından hasilata başlanılıb.

Bu barədə bp şirkətindən məlumat  verilib.

Məlumata görə, ilin əvvəllərinə planlaşdırılmış bu hadisə tam təhlükəsiz şəkildə yerinə yetirilib.

Bundan əvvəl şərq-şimal cinahında bütün əlaqədar tikinti işləri və istismar sınaqları uğurla başa çatdırılmış və sistem bütövlükdə istismara təhvil verilmişdi.

Yenicə istismara başlamış şərq-şimal cinahında hazırda 5 quyu, iki hasilat manifoldu, ümumilikdə təqribən 30 km uzunluğu olan iki yeni axın xətti və dünya səviyyəli "Şahdəniz" qaz və kondensat ehtiyatı layına birləşmiş bir neçə sualtı qurğu var.

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 79 milyon (ildə təqribən 29 milyard) standart kubmetrdir.
Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə "Şahdəniz" yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.

"Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), "Lukoil” (19,99 %), TPAO (19 %), NİKO (10 %), "Cənub Qaz Dəhlizi” (21,02 %).

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABB-nin tərəfdaşlığı ilə keçirilən “EY İlin İş Adamı” müsabiqəsində
yarışacaq sahibkarlar məlum oldu
İqtisadiyyat 16:16
ABB-nin tərəfdaşlığı ilə keçirilən “EY İlin İş Adamı” müsabiqəsində yarışacaq sahibkarlar məlum oldu
Bank Respublika 2025-ci ilin yekunlarına əsasən bazardakı mövqelərini daha da gücləndirib
İqtisadiyyat 16:11
Bank Respublika 2025-ci ilin yekunlarına əsasən bazardakı mövqelərini daha da gücləndirib
“Xalq Bank”da mənfəət azalıb – xərclər gəliri üstələyir
İqtisadiyyat 14:01
“Xalq Bank”da mənfəət azalıb – xərclər gəliri üstələyir
Ötən il aztəminatlı ailələrə ayrılan vəsait açıqlanıb
İqtisadiyyat 12:13
Ötən il aztəminatlı ailələrə ayrılan vəsait açıqlanıb
DSMF-nin büdcəsi 2025-ci ildə 9 faiz artıb
İqtisadiyyat 12:01
DSMF-nin büdcəsi 2025-ci ildə 9 faiz artıb
Ölkənin birinci bankı cəmi gəlirlilik üzrə 2025-ci ilin lideridir:
1 milyard 881 milyon 674 min manat
İqtisadiyyat 10:04
Ölkənin birinci bankı cəmi gəlirlilik üzrə 2025-ci ilin lideridir: 1 milyard 881 milyon 674 min manat
İranın Dubaya vəsait köçürdüyünə dair iddialar yayılıb
İqtisadiyyat 10:01
İranın Dubaya vəsait köçürdüyünə dair iddialar yayılıb
“Azeri Light” nefti ucuzlaşıb
İqtisadiyyat 09:46
“Azeri Light” nefti ucuzlaşıb
Avro azalıb, rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:05
Avro azalıb, rubl bahalaşıb - Məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol