• $
  • £

AYİB Azərbaycana 30 milyon dollar kredit ayıracaq

AYİB Azərbaycana  30 milyon dollar kredit ayıracaq
27.02.2024 15:27
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycana mövcud yarımstansiyalarda möhkəmləndirmə işlərinin aparılması üçün avtotransformator avadanlığının alınması üçün 30 milyon ABŞ dolları məbləğində kredit ayıracaq. Bu barədə AYİB məlumat yayıb.

Kredit üzrə borcalan Azərbaycan Maliyyə Nazirliyi, layihəni həyata keçirən təşkilat  isə "Azərenerji” ASC olacaq.

Layihə "Azərenerji”nin dörd yarımstansiyası üçün avtotransformator avadanlığının alınmasını nəzərdə tutur.
 
"Layihə bərpa olunan enerji potensialının inteqrasiyası üçün zəruri olan Azərbaycanın enerji sisteminin çevikliyini artırmağa kömək edəcək. Layihənin uğurla həyata keçirilməsi ölkədə bərpa olunan enerji layihələrinin inteqrasiyası üçün vacib olan şəbəkənin daha da gücləndirilməsi layihələri üçün nümunə olacaq”, - AYİB qeyd edir.

Ümumilikdə, layihə həm də yaşıl enerjiyə keçidin keyfiyyətinin yaxşılaşdırılmasına töhfə verəcək.

"Bu layihə Azərbaycanda şəbəkənin çevikliyini yaxşılaşdırmaq və bərpa olunan enerji potensialını inteqrasiya etmək üçün zəruri olan enerji sisteminin modernləşdirilməsinə yönəlmiş ilk AYİB layihəsi olacaq”, - AYİB qeyd edir.

AYİB-in məlumatına görə, bankın Direktorlar Şurası bu kreditin Azərbaycana verilməsini 2024-cü il mayın 1-də təsdiq etməyi planlaşdırır.

Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. Əməkdaşlıq dövründə bank Azərbaycanda 189 layihənin maliyyələşdirilməsinə 3,7 milyard avro ayırıb. 31 dekabr 2023-cü il tarixinə AYİB-in Azərbaycandakı 31 layihədən ibarət cari portfeli 897 milyon avro dəyərində qiymətləndirilir.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:30
Bu günə olan məzənnə açıqlanıb

Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
İqtisadiyyat 09:15
Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
İqtisadiyyat 17:40
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:19
Qızıl bahalaşıb
Rubl və avro bahalaşıb - məzənnə
İqtisadiyyat 09:15
Rubl və avro bahalaşıb - məzənnə
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına
güzəştli kreditlər verəcək
İqtisadiyyat 17:23
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol