• $
  • £

Zəngəzur dəhliz ilə yükdaşımaları ildə 8-10 milyon ton artıracaq - nazir müavini

Zəngəzur dəhliz ilə yükdaşımaları ildə 8-10 milyon ton artıracaq -  nazir müavini
27.02.2024 16:02
Zəngəzur dəhlizinin işə salınması Orta Dəhliz üzrə yükdaşımaların həcmini ildə 8-10 milyon ton artıracaq. Bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hummətov bildirib.

Çərşənbə axşamı Tbilisidə Dünya Bankının Orta Dəhliz üzrə tədqiqatının təqdimatına həsr olunmuş vebinarda çıxış edən Hummətov qeyd edib ki, Bakı üçün əsas məsələlərdən biri nəqliyyat əlaqələrinin yaradılmasıdır.
 
"Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında və onun hüdudlarından kənarda, "nəqliyyat və logistika sektorunun inkişafı üçün böyük imkanlar yaradacaq və Orta Dəhlizin bir hissəsinə çevriləcək” , -  Hümmətov deyib..

Nazir müavininin sözlərinə görə, bu marşrutun işə salınması yüklərin çatdırılma müddətini əhəmiyyətli dərəcədə azaldacaq və Orta Dəhliz üzrə keçid qabiliyyətini artıracaq.
 
"Təxmin edilir ki, Zəngəzur dəhlizinin işə salınması  Orta Dəhlizin ötürmə qabiliyyətini ildə 8-10 milyon ton artıracaq", - Hummətov bildirib.

O əlavə edib ki, son iki ayda Çindən Orta Dəhliz (Transxəzər Beynəlxalq Tranzit Marşrutu - İF) üzrə 13 blok qatarı göndərilib ki, bu da "görülən tədbirlər sayəsində” 12 gün ərzində Gürcüstan limanlarına çatdırılıb. əvvəllər yüklərin çatdırılma müddəti "təxminən 40-50 gün" çəkirdi.
 
"Orta Dəhlizin  inkişafına dəstək vermək və onun potensialından maksimum istifadə etmək üçün güclü niyyətimiz və güclü siyasi iradəmiz var", - Hummətov vurğulayıb.

 Azərbaycan ərazisində Zəngəzur dəhlizinin yaradılması üzrə işlər 2024-cü ilin sonuna kimi başa çatacaq.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:30
Bu günə olan məzənnə açıqlanıb

Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
İqtisadiyyat 09:15
Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
İqtisadiyyat 17:40
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:19
Qızıl bahalaşıb
Rubl və avro bahalaşıb - məzənnə
İqtisadiyyat 09:15
Rubl və avro bahalaşıb - məzənnə
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına
güzəştli kreditlər verəcək
İqtisadiyyat 17:23
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol