• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

“Qarabağ”la bağlı sənədli film təqdim olunub

“Qarabağ”la bağlı sənədli film təqdim olunub
01.03.2024 20:49
Bu gün "Qarabağ FK - 30 mövsüm səfərdə" sənədli filminin təqdimatı keçirilib.

Heydər Əliyev Mərkəzində baş tutan və "Qarabağ" Futbol Klubundan bəhs edən filmin təqdimat mərasimində Prezidentin köməkçisi Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, gənclər və idman naziri Fərid Qayıbov, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, ölkənin idman və mədəniyyət nümayəndələri iştirak ediblər.

Filmdə "Qarabağ" Futbol Klubun keçdiyi tarixi dövrdən bəhs olunub, komandanın SSRİ dövründəki uğurları izləyicilərin diqqətinə çatdırılıb.
Həmçinin, filmdə xarici jurnalistlərin və futbolçuların "İmarət" stadionu, "Qarabağ" klubu ilə bağlı hazırladığı materiallar və fikirləri də yer alıb.

Filmdə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildikdən sonra Ağdam rayonu ərazisindəki "İmarət" stadionunun taleyindən, Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun klubdakı fəaliyyətindən də bəhs edilib. Həmçinin, klubun Avropa Liqasındakı uğurları, adının Avropanın tanınmış klubları ilə bir sırada çəkilməsi vurğulanıb. Klubun baş məşqçisi Qurban Qurbanovun "Qarabağ"ın uğurlarındakı rolu xüsusi qeyd olunub.

Mədəniyyət Nazirliyi, "Salnaməfilm" və "Azərbaycanfilm"in ortaq layihəsi olan film 4 hissədən ibarətdir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdamda qadını ilan sancıb
Cəmiyyət 21:55
Ağdamda qadını ilan sancıb
Sumqayıtda fərdi yaşayış evi yanıb - Video
Cəmiyyət 21:00
Sumqayıtda fərdi yaşayış evi yanıb - Video
Tərtərdə avtomobillər toqquşub, 4 nəfər xəsarət alıb
Cəmiyyət 20:01
Tərtərdə avtomobillər toqquşub, 4 nəfər xəsarət alıb
“Şəki” restoranı sökülür - Video
Cəmiyyət 19:23
“Şəki” restoranı sökülür - Video
Bərdəyə toya gedən 15 yaşlı Ağdam sakini çayda boğulub
Cəmiyyət 18:22
Bərdəyə toya gedən 15 yaşlı Ağdam sakini çayda boğulub
Lerikdə 62 yaşlı qadın körpüdən dərəyə yıxılaraq xəsarət alıb - Video
Cəmiyyət 17:30
Lerikdə 62 yaşlı qadın körpüdən dərəyə yıxılaraq xəsarət alıb - Video
Masallıda yol qəzası olub - 2-si uşaq olmaqla 3 nəfər ölüb
Cəmiyyət 15:23
Masallıda yol qəzası olub - 2-si uşaq olmaqla 3 nəfər ölüb
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 14:04
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
Güzdəkdə sexdə yanğın baş verib
Cəmiyyət 13:45
Güzdəkdə sexdə yanğın baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol