• $ 1.7
  • € 1.785
  • ₽ 1.9142
  • ₺ 0.0467
  • £ 2.1531

Cənub Qaz Dəhlizinin genişləndirilməsi bazarın tələblərindən asılıdır - nazir

Cənub Qaz Dəhlizinin  genişləndirilməsi bazarın tələblərindən asılıdır - nazir
01.03.2024 21:38
Cənub Qaz Dəhlizinin (CQD) genişləndirilməsi bazarın mövcud ehtiyaclarından asılı olaraq həyata keçiriləcək, Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.

"Şahdəniz yatağının 1-ci mərhələsi  həyata keçirilərkən mexanizm bir qədər fərqli idi, uzunmüddətli müqavilələr, Avropa maliyyə institutlarından maliyyələşmələr var idi. Bununla belə, Avropa siyasəti dəyişib və Aİ maliyyə institutlarının əksəriyyəti karbon layihələrini dəstəkləmir. Eyni zamanda, uzunmüddətli müqavilələr əvəzinə qaz spot bazarda satılır. Bu, bizim Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı yanaşmalarımıza təsir edir. Ona görə də biz bütün bu amilləri nəzərə alaraq genişləndirmə üzərində işləyirik”, -  Şahbazov cümə günü mətbuat konfransında bildirib.

O əlavə edib ki, hazırda 2026-cı ilə qədər CQD-nin imkanlarını 1,2 milyard kubmetr qaz ixrac etmək həddinə qədər genişləndirmək planları var.

"Bu bazardır. Mövcud bazar ehtiyaclarını nəzərə alaraq CQD-ni genişləndirəcəyik”,  - o əlavə edib.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın yeni maliyyə naziri təyin edilib
İqtisadiyyat 16:08
Azərbaycanın yeni maliyyə naziri təyin edilib
Coca-Cola məhsullarını Avropa bazarından geri çəkir, bəs Azərbaycandan?- AÇIQLAMA
İqtisadiyyat 16:30
Coca-Cola məhsullarını Avropa bazarından geri çəkir, bəs Azərbaycandan?- AÇIQLAMA
Avropa İttifaqı Cənubi Qafqazda yol tikir
İqtisadiyyat 15:34
Avropa İttifaqı Cənubi Qafqazda yol tikir
Kaşaqan neftinin ilk partiyası Bakıya göndərilib  – KazMunayQaz
İqtisadiyyat 19:10
Kaşaqan neftinin ilk partiyası Bakıya göndərilib – KazMunayQaz
Bəzi hərbçilərin maaşları 10% artırılıb
İqtisadiyyat 17:18
Bəzi hərbçilərin maaşları 10% artırılıb
BP
İqtisadiyyat 18:37
BP "Şahdəniz" yatağında yeni platforma tikmək niyyətindədir
İqtisadiyyat 18:16
"Şəfəq" GES ilə bağlı investisiya qərarı bu il veriləcək - BP
Mərkəzi Bank istehlakçıların hüquqları ilə bağlı yeni sənəd hazırlayır
İqtisadiyyat 12:29
Mərkəzi Bank istehlakçıların hüquqları ilə bağlı yeni sənəd hazırlayır
2025-ci ildə inflyasiya 5,5% təşkil edəcək
İqtisadiyyat 11:28
2025-ci ildə inflyasiya 5,5% təşkil edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol