• $
  • £

Səfirlikdən Ukraynada yaşayan azərbaycanlılara müraciət

Səfirlikdən Ukraynada yaşayan azərbaycanlılara müraciət
21.02.2014 15:00

Azərbaycanın Ukraynadakı səfirliyi Kiyevdə baş verən hadisələrlə bağlı bu ölkədə yaşayan azərbaycanlılara müraciət edib.

Səfirliyin 1-ci katibi Asim Osmanov APA-ya açıqlamasında bildirib ki, müraciətdə regionlardakı azərbaycanlılara paytaxt Kiyevə gəlməmək, paytaxtda yaşayanlara isə şəhərin mərkəzində qarşıdurma olan yerlərə çıxmamaq tövsiyə olunur. A. Osmanov deyib ki, səfirlikdə yalnız 1990-cı il təvəllüdlü azərbaycanlı Anar Rzayevin yaralandığı barədə məlumat var: “Ukrayna vətəndaşı olan Anar Rzayev Dnepropetrovsk vilayətinin Krivoy-Roq şəhərində yaşayır. Kiyevə etiraz aksiyalarında iştirak etmək üçün gəlib. Fevralın 20-də təxminən saat 17:00 radələrində Maydanın mərkəzində “Berkut” xüsusi təyinatlıları ilə qarşıdurma zamanı dəyənəklə döyülüb və ağır xəsarət alıb. O, ilkin tibbi yardım aldıqdan sonra ev şəraitində müalicə olunur və hazırda vəziyyəti yaxşıdır. Lakin Ukrayna vətəndaşı olduğu üçün biz onunla bağlı digər addımlar ata bilmirik”. A. Osmanov qeyd edib ki, səfirlik Maydanda Ukrayna vətəndaşı, azərbaycanlı Teymur Mustafayevin itkin düşməsindən xəbərdardır və səlahiyyətləri çərçivəsində lazımı addımları atırlar: “Lakin bunlar Ukrayna vətəndaşları olduğu üçün daha yaxından yerli strukturlar işləyirlər”. Diplomatın sözlərinə görə, hələ ki Azərbaycanın Ukraynadakı səfirliyi normal rejimdə fəaliyyət göstərir və səfirliyin əməkdaşları üçün heç bir təhlükə yoxdur. Birinci katib hələlik Azərbaycandan Ukraynaya səfər edən vətəndaşlar üçün hansısa xəbərdarlığın edilməsinə ehtiyac görmədiklərini vurğulayıb. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı
Siyasət 13:38
Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı
Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb
Siyasət 12:36
Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb
Azərbaycan XİN Efiopiyaya başsağlığı verib
Siyasət 10:33
Azərbaycan XİN Efiopiyaya başsağlığı verib
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb
Siyasət 22:43
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb
Ceyhun Bayramov Hakan Fidanla telefon danışığı aparıb
Siyasət 20:06
Ceyhun Bayramov Hakan Fidanla telefon danışığı aparıb
Əli Əsədov Murat Kurumla görüşüb
Siyasət 18:30
Əli Əsədov Murat Kurumla görüşüb
Baş nazir deputatların qaldırdığı problemlərlə bağlı cavab verib
Siyasət 16:08
Baş nazir deputatların qaldırdığı problemlərlə bağlı cavab verib
Ceyhun Bayramov Tatyana Valova ilə görüşüb
Siyasət 13:01
Ceyhun Bayramov Tatyana Valova ilə görüşüb
Bu il Qarabağın bərpasına 3,5 milyard manat vəsait xərclənəcək
Siyasət 11:29
Bu il Qarabağın bərpasına 3,5 milyard manat vəsait xərclənəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol