• $
  • £

Azərbaycan rezidentləri ən çox Türkiyəyə sərmayə qoyub

Azərbaycan rezidentləri ən çox Türkiyəyə sərmayə qoyub
01.04.2024 15:10
2023-cü ildə Azərbaycan rezidentlərinin xaricdə birbaşa xarici investisiyaları (BXİ) 3 milyard 117,441 milyon ABŞ dolları təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 2,7 dəfə çoxdur. Bu barədə Mərkəzi Bank məlumat verib. 

Mərkəzi Bankın məlumatına görə, 2023-cü ilin birinci rübündə Azərbaycan rezidentləri xaricə 289,896 milyon dollar, ikincidə 330,365 milyon dollar, üçüncüdə 2 milyard 71,639 milyon dollar, dördüncü rübdə 425,541 milyon dollar investisiya yatırıb.

Mərkəzi Bankın məlumatına görə, 2023-cü ildə Azərbaycan rezidentləri ən çox Türkiyə iqtisadiyyatına sərmayə yatırıb. Bu dövr ərzində 1 milyard 815,102 milyon dollar (artım 7,4 dəfə) və ya bütün birbaşa xarici investisiyaların 58,2%-i Türkiyəyə yatırılıb.  2022-ci ildə Türkiyəyə investisiyalar  cəmi sərmayələrin 21,4% təşkil edib.

Azərbaycanın rezidentlərinin ABŞ iqtisadiyyatına 311,775 milyon dollar (+4 dəfə), Böyük Britaniya - 156,759 milyon dollar (+2,3 dəfə), Hollandiya - 98,199 milyon dollar (+1,7 dəfə), BƏƏ - 94,819 milyon dollar (- 36%) sərmayə qoyub.

Azərbaycan rezidentləri 2023-cü ildə Rusiyaya investisiyaları 5,9 dəfə  artırıb və bu sərmayələr  91,954 milyon dollara və ya xaricə yatırılan bütün investisiyaların 2,9%-i (2022-ci ildə - 1,3%) təşkil edib. 

2022-ci ildə Azərbaycan rezidentlərinin xaricdəki birbaşa xarici investisiyaları (BXİ) 1 milyard 152,617 milyon ABŞ dolları təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 39,6% çoxdur.
 
N.Təbrizli



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Unibankdan xanımlara 8 Mart hədiyyəsi- 8 %-lik kredit
İqtisadiyyat 13:57
Unibankdan xanımlara 8 Mart hədiyyəsi- 8 %-lik kredit
Sərfəli kredit axtarırsan?
İqtisadiyyat 11:29
Sərfəli kredit axtarırsan?
Azərbaycan iqtisadi qərarların qəbulu daha mürəkkəb və çoxölçülüdür.
İqtisadiyyat 10:40
Azərbaycan iqtisadi qərarların qəbulu daha mürəkkəb və çoxölçülüdür.
“Azeri Light” nefti 4,49% ucuzlaşıb, barel 82,29 dollar olub
İqtisadiyyat 09:49
“Azeri Light” nefti 4,49% ucuzlaşıb, barel 82,29 dollar olub
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:45
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə

"Baku Steel Company" QSC-nin ixrac gəlirləri 35% artıb
İqtisadiyyat 13:55
"Baku Steel Company" QSC-nin ixrac gəlirləri 35% artıb
8 Mart ərəfəsində xanım sahibkarlara mikrokredit illik cəmi 8%-dən!
İqtisadiyyat 12:35
8 Mart ərəfəsində xanım sahibkarlara mikrokredit illik cəmi 8%-dən!
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro və rubl ucuzlaşıb - məzənnə
SOCAR-ın idarəsi qeyri-neft ixracını kəskin azaldıb, ölkə üzrə artım qeydə alınıb
İqtisadiyyat 16:06
SOCAR-ın idarəsi qeyri-neft ixracını kəskin azaldıb, ölkə üzrə artım qeydə alınıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol