• $
  • £

Martda nə qədər ərazi minalardan təmizlənib? - Rəsmi

Martda nə qədər ərazi minalardan təmizlənib? - Rəsmi
01.04.2024 16:18
Martda Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Qarabağda 14 tank əleyhinə mina, 299 piyada əleyhinə mina, 1254 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Bu barədə qurumun açıqlamasında qeyd olunub. 
 
Bu dövr ərzində 6094.6 hektar ərazi minalardan təmizlənib. 
 
Mayın sonunda Zəngilanda və Bakıda "Minaların ətraf mühitə təsirinin azaldılması - Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda beynəlxalq konfrans keçirilməsi gözlənilir.
 
İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycanda 346 nəfər mina qurbanı olub. 
 
Ümumilikdə Qarabağda Ermənistan tərəfindən yerləşdirilən minaların təmizlənməsi üçün 25 milyard dollar vəsait tələb olunur. 
 
Azərbaycan minaların say çoxluğuna görə dünyada ilk 10 ölkə siyahısında yer alıb. Avropada isə minaların sayına görə ilk 3-lükdədir. 
 
Beynəlxalq təşkilatlar minaların təmizlənməsinə görə 4% dəstək göstərib. 
 
Bundan əvvəl Milli Məclisdə "Mina Təhlükəsi ilə Mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda ictimai dinləmədə deputat Vüqar Bayramov bildirib ki, Qarabağda minaların təmizlənməməsi Azərbaycan iqtisadiyyatı üçün 10 milyard itki deməkdir. 
 
Həmçinin millət vəkili Tahir Mirkişili vurğulayıb ki, beynəxalq təşkilatlar minaların təmizlənməsində yardım etməsə, Azərbaycan bu prosesə 1,5 milyard pul xərcləməli olacaq. 
 
Deputat Hicran Hüseynova mina düşən şəxslərlə bağlı beynəxalq məhkəmələrə müraciət etməyi təklif edib. 
 
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı deyib ki, Azərbaycan minaların təmizlənməsini 90% öz hesabına icra edir.
 
Noyabrın 4-də  BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreva söyləyib ki, Azərbaycan minadan əziyyət çəkən ölkələr siyahısına daxildir. 
 
 
Bu ilin martın 17-də baş nazir Əli Əsədov Milli Məclisdə hökumətin hesabatında çıxışında bildirib ki, hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.
 
Gülnar Nazimqızı 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fevralda maksimal temperatur 27 dərəcə olub
Cəmiyyət 15:01
Fevralda maksimal temperatur 27 dərəcə olub
Sabah Abşeronun bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 14:56
Sabah Abşeronun bəzi ərazilərində qaz olmayacaq
Əliyev bir sıra qanunlara edilən dəyişiklikləri təsdiqləyib
Cəmiyyət 13:47
Əliyev bir sıra qanunlara edilən dəyişiklikləri təsdiqləyib
Cümə məscidi təmir olunacaq - Sərəncam
Cəmiyyət 13:25
Cümə məscidi təmir olunacaq - Sərəncam
Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir
Cəmiyyət 13:13
Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir
İrandan 312 nəfər Azərbaycan vasitəsilə təxliyə olunub
Cəmiyyət 13:06
İrandan 312 nəfər Azərbaycan vasitəsilə təxliyə olunub
Sabah yağış yağacaq - Proqnoz
Cəmiyyət 12:38
Sabah yağış yağacaq - Proqnoz
Ötən ay aşkarlanan minaların sayı açıqlanıb
Cəmiyyət 12:12
Ötən ay aşkarlanan minaların sayı açıqlanıb
Azərbaycanda yeniyetmərə qarşı törədilən cinayətlərin sayı artıb
Cəmiyyət 11:50
Azərbaycanda yeniyetmərə qarşı törədilən cinayətlərin sayı artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol