• $ 1.7
  • € 1.9498
  • ₽ 0.020266
  • ₺ 0.0384
  • £ 2.2565

Çingiz Mehdiyevin məhkəməsi başlayıb

Çingiz Mehdiyevin məhkəməsi başlayıb
01.04.2024 18:57
"Formula 1”ə ayrılan 400 min manatı mənimsəməkdə ittiham olunan Bakı Şəhər Halqası Əməliyyat şirkətinin şöbə rəisi Çingiz Mehdiyevin məhkəməsi başlayıb.

"Qafqazinfo”nun məlumatına görə, Mehdiyev Bakı Ağır Cinayətlər Məhkəməsinə iki vəkili ilə birgə gəlib. 

Prosesdə məlum olub ki, Çingiz Mehdiyev rus dilində təhsil alıb. Amma özü Azərbaycan dilində başa düşdüyünü deyib, iclasın keçirilməsini istəyib.

Sədrlik edən hakim deyib ki, qanun buna icazə vermir. Hələ ki, tərcüməçinin iştirakı təmin edilmədiyi üçün hazırlıq iclası aprelin 3-ə kimi təxirə salınıb.

Çingiz Mehdiyev mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif rəhimovun icraçı direktoru olduğu Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləyib. İttihama görə o, vəzifə saxtakarlığı edərək, 400 min manata yaxın dövlət vəsaitini mənimsəyib. Mehdiyev həbsdə deyil. Onun haqda ibtidai istintaq dövrü müddəti üçün "polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sankt-Peterburqda çox sayda uçuş ləğv edilib
Cəmiyyət 12:16
Sankt-Peterburqda çox sayda uçuş ləğv edilib
Nazirlik hava ilə bağlı əhaliyə xəbərdarlıq edib
Cəmiyyət 12:00
Nazirlik hava ilə bağlı əhaliyə xəbərdarlıq edib
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana Rusiya buğdası göndəriləcək
Cəmiyyət 11:29
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana Rusiya buğdası göndəriləcək
Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb
Cəmiyyət 10:35
Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb

Bakıda iki küçə təmir işləri ilə əlaqədar bağlanıb
Cəmiyyət 09:43
Bakıda iki küçə təmir işləri ilə əlaqədar bağlanıb
Bakıda 10 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Cəmiyyət 23:30
Bakıda 10 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Tovuzda avtomobil dərəyə aşdı- Sürücü öldü
Cəmiyyət 20:16
Tovuzda avtomobil dərəyə aşdı- Sürücü öldü

Bakı aeroportu yaz-yay uçuş cədvəlinə keçir
Cəmiyyət 20:00
Bakı aeroportu yaz-yay uçuş cədvəlinə keçir

Taksi sürücüsünü soymaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 19:36
Taksi sürücüsünü soymaqda şübhəli bilinən şəxs saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol