Gələn il Sankt-Peterburqda Hacıbəyovun heykəli qoyulacaq

2025-ci il bəstəkar Üzeyir Hacıbəyovun abidəsi Sankt-Peterburqda qoyulacaq. Bunu Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov deyib.
"Biz indi Sankt-Peterburqda görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun abidəsinin ucaldılması üzərində işləyirik. Abidənin təntənəli açılışı 2025-ci ilin sentyabrında onun anadan olmasının 140 illiyinə təsadüf edəcək. Bu vaxta qədər biz onu təkmilləşdirəcəyik,- Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov Bakıda rəsmi səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşündə deyib.
Üzeyir Hacıbəyov Azərbaycan milli operasının banisidir. O, 1913-cü il Sankt-Peterburq Konservatoriyasında təhsil alıb. Həmin dövrdə o "Arşın mal alan" musiqili komediyasının yazıb.
Azərbaycan himninin sözlərinin müəllifi də Üzeyir Hacıbəyovdur.
Gülnar
www.anews.az