Azərbaycana gələn xarici tələbələrin tibbi sığorta olunması vacibdir - Elnur Allahverdiyev/VİDEO
Azərbaycanda təhsil alan xarici vətəndaşların tibbi sığorta ödəməsi yaxşı olar. Belə bir təkliflər deputat Elnur Allahverdiyev çıxış edib.
"Gürcüstanda xarici tələbələrin təhsil zamanı tibbi sığortaya cəlb olunması pratikası var. Azərbaycanda isə bu sadəcə tövsüyə xarakterlidir. Yalnız grant əsaslarla təhsil alanlar üçün 200 manat sığorta haqqı ödənir. Dünyada baş verən virusları, koronavirus kimi pandemiyaları nəzərə alsaq bu məsələyə baxmaq olar", - deputat aprelin 5-də Milli Məclisdə "Dərman vasitələri haqqında" qanuna münasibət bildirərkən söyləyib.
ALlahverdiyev təklif edib ki, bu proses yerli sığorta şirkətlərinə də yaxşı təsir edə bilər.
Gülnar Nazimqızı
www.anews.az