• $
  • £

Rusiya sülhməramlıların Qarabağdan çıxarılması xəbərini təsdiq edib- Yenilənib

Rusiya sülhməramlıların Qarabağdan çıxarılması xəbərini təsdiq edib- Yenilənib
17.04.2024 14:01
Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi qərar qəbul edib. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə məlumatla əlaqədar AZƏRTAC-ın sualını cavablandırarkən deyib.


"2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Artıq proses başlanılıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər", - Hacıyev bildirib. 
 
 
*****

Rusiya Qarabağda müvəqqəti yerləşən sülhməramlıların oranı tərk etməsini təsdiq edib. Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov mətbuata açıqlamasında bildirib. 
 

 
Yerli mətbuatda bir neçə gündür Rusiya sülhməramlılarının ilk şəxsi heyətinin və hərbi texnikasının Kəlbəcərin Xudavəng məbədinin tərk etməsi ilə bağlı xəbərlər yayılıb. 

"Bəli, bu, belədir”, - deyə Peskov vurğulayıb.
 
Dekabrın 28-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlər üçün mətbuat konfrasında bildirib ki, Rusiya sülhməramlıları bəyanata uyğun olaraq 2025-ci ilin noyabrına kimi Qarabağda öz missiyasını yerinə yetirəcək. 

Bundan əvvəl Rusiya preizdenti mətbuat konfrasında jurnalistlərə açıqlamasında bildirib ki, Rusiya sülhməramlıları rəsmi olaraq 2025-ci ilin noyabrına qədər Qarabağda qalmalıdırlar, bu məsələ danışıqlar zamanı həll olunacaq.
 
Rusiya sülhməramlıları Qarabağa 2022-ci ilin noyabrında Azərbaycan,Ermənistan və Rusiya arasında olan üçtərəfli bəyanatdan sonra yerləşdirilib. 2 min heyətlə missiyasını yerinə yetirən sülhməramlıların faəliyyəti bəyanata görə 2025-ci ildə bitir. Sülhməramlıların yerləşdirdiyi Qarabağ ərazisində dəfələrdə Ermənistanla Azərbaycan arasında gərgin vəziyyət yaranıb. Sərhəd bölgəsində atəşkəs rejimi mütəmadi olaraq pozulub. 
 
Rusiya Müdafiə Nazirliyi bir neçə dəfə Qarabağda sülhməramlıların postlarının bağlanması ilə bağlı məlumatlar dərc edib. 
 
Gülnar Nazimqızı 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyhun Bayramov BƏƏ dövlət naziri ilə görüşüb
Siyasət 19:15
Ceyhun Bayramov BƏƏ dövlət naziri ilə görüşüb
Əliyev BƏƏ nümayəndə heyətini qəbul edib
Siyasət 14:30
Əliyev BƏƏ nümayəndə heyətini qəbul edib
ASAN xidmətə yeni səlahiyyətlər verilib
Siyasət 14:06
ASAN xidmətə yeni səlahiyyətlər verilib
Prezident sərəncam imzalayıb
Siyasət 14:02
Prezident sərəncam imzalayıb
Leyla və Arzu Əliyevalar Şəkidə Xan məscidini ziyarət edib
Siyasət 09:25
Leyla və Arzu Əliyevalar Şəkidə Xan məscidini ziyarət edib
Prezidentin sosial şəbəkə hesablarında Babişin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Siyasət 21:15
Prezidentin sosial şəbəkə hesablarında Babişin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib - Yenilənib
Siyasət 19:45
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib - Yenilənib

Çexiyanın Baş naziri: Milli enerji operatorumuz Azərbaycandan təbii qaz almaq niyyətindədir
Siyasət 13:58
Çexiyanın Baş naziri: Milli enerji operatorumuz Azərbaycandan təbii qaz almaq niyyətindədir

Prezident: Hərbi təyinatlı məhsulların birgə istehsalı ilə bağlı konkret layihələr üzərində danışıqlar gedir
Siyasət 13:48
Prezident: Hərbi təyinatlı məhsulların birgə istehsalı ilə bağlı konkret layihələr üzərində danışıqlar gedir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol