Gürcüstanda yenidən etiraz aksiyası başlayıb

Gürcüstanda "Xarici təsirin şəffaflığı” haqqında qanun layihəsinin qəbuluna etirazlar davam edir. Bu barədə TASS məlumat verib.
Nümayişçilər daha sonra parlament binasından bir neçə kilometr aralıda yerləşən Avropa meydanına doğru yürüş etməyə başlayıblar.
www.anews.az
Əksəriyyəti gənclər təşkilatlarının nümayəndələri və tələbələrdən ibarət olan etirazçılar Gürcüstan və Avropa İttifaqının bayraqları ilə dayanıb fit çalıb və xarici agentlər haqqında qanuna qarşı şüarlar səsləndiriblər.
Onlar Gürcüstan Daxili İşlər Nazirliyinin yolu bağlamamaq barədə çağırışlarına baxmayaraq, Rustaveli prospektini bağlayıblar.
www.anews.az