• $ 1.7
  • € 1.7845
  • ₽ 1.97
  • ₺ 0.0466
  • £ 2.1491

DDoS hücumuna məruz qalan ölkələr - Siyahıda Azərbaycan da var

DDoS hücumuna məruz qalan ölkələr - Siyahıda Azərbaycan da var
26.04.2024 14:31
2024-cü ilin birinci rübündə dünyada DDoS hücumlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 96% artıb.  Bu barədə Rusiya mətbuatı StormWall saytına istinadla yazıb. 
 
Hücum olunan ölkələr siyahısında Azərbaycanın da adıı yer alıb. DDoS hücumları əsasən ölkələrdə keçirilən prezident və parlament seçkiləri ilə bağlı olub. 
 
Dünyanın ən çox hücuma məruz qalan ilk 3 ölkəsinə ABŞ (14,2%), Hindistan (12,1%) və Tayvan (11,4%) daxildir. Ənənəvi olaraq ABŞ və Hindistan ən çox hücuma məruz qalan ölkələr olsa da, bütün Şərqi Asiya üçün böyük əhəmiyyət kəsb edən parlament və prezident seçkilərinin keçirilməsi səbəbindən Tayvan zərər çəkib. Bu ilin birinci rübündə Tayvana edilən hücumların artması ötən ilin eyni dövrü ilə müqayisədə 148% təşkil edib.

Ən çox hücuma məruz qalan ölkələrin reytinqində Çin 4-cü yerdə (10,3%), Böyük Britaniya 5-ci yerdə (9,4%), Fransa isə 6-cı yerdədir (9,1%). Bu ölkələr daim hakerlərin diqqətini cəlb edir, çünki onlar inkişaf etmiş iqtisadiyyatlara malikdirlər.
 
Rusiya bu dəfə reytinqdə 7-ci yerdədir (8,2%), yenə də ən çox hücuma məruz qalan ölkələrin ilk onluğuna daxil olur.
 
Bu, bu ilin əvvəlində ölkənin əsas sənaye sahələrinə hücum edən siyasi motivli hakerlərin fəallığında əhəmiyyətli artım olması ilə bağlıdır. Bundan əlavə, bu ilin martında keçiriləcək seçkilərlə əlaqədar Rusiya hökumətinin internet saytlarına DDoS hücumlarının sayı artıb. Şirkət analitiklərinin fikrincə, 2024-cü ilin 1-ci rübündə Rusiyada hücumların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 73% artıb.

Almaniya ənənəvi olaraq hücumçular üçün ən vacib ölkələrdən biri olmaqla, reytinqdə 8-ci yerdədir (6,8%). Finlandiya ölkədəki seçkilər zamanı DDoS hücumlarının artmasına görə 9-cu (6,3%), İsrail və Fələstin arasında artan münaqişə səbəbindən hücumların sayı artdığı üçün 10-cu yeri İsrail (4,7%) tutub.
 
Gülnar 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Crocus City Hall”a dəyən zərər açıqlanıb
Dünya 10:09
"Crocus City Hall”a dəyən zərər açıqlanıb
HƏMAS 4 girovun meyitini İsrailə təhvil verəcək
Dünya 23:48
HƏMAS 4 girovun meyitini İsrailə təhvil verəcək
Ukrayna NATO-nu unutmalıdır - Tramp
Dünya 23:17
Ukrayna NATO-nu unutmalıdır - Tramp
Tomas Bax istefa verib
Dünya 22:34
Tomas Bax istefa verib
Nissan-nın reytinqi ən aşağı səviyyəyə enib
Dünya 22:09
Nissan-nın reytinqi ən aşağı səviyyəyə enib
ABŞ dövlət katibi Rubio ilə Avropa diplomatiyasının rəhbəri Kallas arasında görüş ləğv edilib
Dünya 22:00
ABŞ dövlət katibi Rubio ilə Avropa diplomatiyasının rəhbəri Kallas arasında görüş ləğv edilib
Tramp Zelenskinin Vaşinqtona səfərini təsdiqləyib
Dünya 21:13
Tramp Zelenskinin Vaşinqtona səfərini təsdiqləyib
Tramp Maskın iştirakı ilə hökumətin ilk iclasını keçirəcək
Dünya 19:38
Tramp Maskın iştirakı ilə hökumətin ilk iclasını keçirəcək
Almaniyada atışma baş verib, yaralananlar var
Dünya 18:41
Almaniyada atışma baş verib, yaralananlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol