• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

Düşənbədən Bakıya birbaşa uçuşlar bərpa ediləcək

Düşənbədən Bakıya birbaşa uçuşlar bərpa ediləcək
02.05.2024 15:14
Tacikistanın "Somon Air” aviaşirkəti bu il Düşənbədən Bakıya reyslərin açılmasını planlaşdırır.

Bu barədə Tacikistanın "Dourgard Adventures” turoperatorunun direktoru Gülrüxsor Nurova deyib.

"Hazırda Düşənbə-Bakı arasında uçuşlar test rejimində həyata keçirilir. Reyslərin mütəmadi olması planlaşdırılır”, – G. Nurova bildirib.

O hesab edir ki, iki ölkə arasında əlavə reyslərin açılması xalqlar arasında dostluq münasibətlərinin inkişafına töhfə verəcək: "Bundan əlavə iki ölkə arasında mövcud olan vizasız rejim də turizm sahəsində əməkdaşlığı gücləndirəcək”.

"Somon Air” Tacikistanın milli aviadaşıyıcısıdır və Düşənbə hava limanında yerləşən. Aviaşirkət beynəlxalq sərnişin reyslərini Düşənbə və Xucənd şəhərlərindən həyata keçirir.

"Azərbaycan Hava Yolları” QSC-nin aşağı büdcəli törəməsi olan "Buta Airways” aviaşirkətinin təyyarəsinin Tacikistanın paytaxtı Düşənbə şəhərinə ilk uçuşu 2023-cü ilin may ayında həyata keçirilib. Bakı-Düşənbə-Bakı aviareysi üzrə uçuşlar həftənin cümə axşamı reallaşırdı. Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, hazırda iki ölkənin paytaxtı arasında birbaşa uçuşlar həyata keçirilmir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərdoğan və Pezeşkian arasında telefon danışığı olub
Dünya 23:26
Ərdoğan və Pezeşkian arasında telefon danışığı olub
Putin Pasxa atəşkəsi elan edib
Dünya 23:21
Putin Pasxa atəşkəsi elan edib
Dağıstan və Çeçenistanda federal səviyyədə fövqəladə vəziyyət tətbiq edilib
Dünya 22:49
Dağıstan və Çeçenistanda federal səviyyədə fövqəladə vəziyyət tətbiq edilib
Türkiyə və Pakistan XİN rəhbərləri İslamabad danışlqlarını müzakirə edib
Dünya 21:46
Türkiyə və Pakistan XİN rəhbərləri İslamabad danışlqlarını müzakirə edib
Merz Pakistanın Baş naziri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Dünya 20:50
Merz Pakistanın Baş naziri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
Dünya 20:20
Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
Türkiyəli müğənni Yusuf Güney saxlanılıb
Dünya 19:59
Türkiyəli müğənni Yusuf Güney saxlanılıb
İran və ABŞ arasında danışıqlar aprelin 11-də keçirilə bilər
Dünya 18:08
İran və ABŞ arasında danışıqlar aprelin 11-də keçirilə bilər

ABŞ-də təyyarə qəzası -Ölənlər var
Dünya 16:06
ABŞ-də təyyarə qəzası -Ölənlər var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol