• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

Navalnıya Drezden Sülh Mükafatı veriləcək

Navalnıya Drezden Sülh Mükafatı veriləcək
04.05.2024 18:38
Rusiyanın həbsdə ölən keçmiş müxalifət lideri Aleksey Navalnıya Drezden Sülh Mükafatı veriləcək.Bu barədə "Deutsche Welle” məlumat yayıb.

Mayın 12-də keçiriləcək mərasimdə Almaniyanın keçmiş prezidenti Yoahim Qauk çıxış edəcək.

Agentliyin məlumatına görə, Qauk müxalifətçini "bütün layiqli rusların simvolu” kimi qiymətləndirəcək.
10 min avro mükafatı onun arvadı Yuliya Navalnaya qəbul edəcək.

"Müxalifət siyasətçisinin müqaviməti onun fəaliyyətini davam etdirən bütün hüquq müdafiəçiləri üçün ruhlandırıcı nümunə olub və belə də qalır” , - deyə təşkilat qrupu 2024-cü il mükafatının ölümündən sonra verilməsinin səbəbini belə əsaslandırıb.

Drezden Sülh Mükafatı 2010-cu ildən bəri hər il verilir. 2024-cü ilə qədər mükafatlandırma mərasimi Drezdendə 13 fevral - Müharibəni Anma Günündə Semper Opera Teatrında keçirilirdi. Bu il mükafat ilk dəfə mayın 12-də Dövlət Drezden Teatrında təqdim olunacaq. Mükafat Almaniyanın SAP şirkətinin həmtəsisçisi Klaus Tschira Fondu tərəfindən maliyyələşdirilir.

Mükafat hər il sülh və beynəlxalq anlaşma işinə töhfələr vermiş şəxslərə verilir. Əvvəlki mükafatçılar arasında keçmiş SSRİ prezidenti Mixail Qorbaçov, israilli pianoçu və dirijor Daniel Barenboim, amerikalı sənədli rəssam Ceyms Naxtvi və hərbi analitik Daniel Ellsberq var.

Navalnı fevralın 16-sı Yamalo-Nenets Muxtar Dairəsində yerləşən "Polyarnıy volk” xüsusi rejimli cəzaçəkmə müəssisəsində dünyasını dəyişib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərdoğan və Pezeşkian arasında telefon danışığı olub
Dünya 23:26
Ərdoğan və Pezeşkian arasında telefon danışığı olub
Putin Pasxa atəşkəsi elan edib
Dünya 23:21
Putin Pasxa atəşkəsi elan edib
Dağıstan və Çeçenistanda federal səviyyədə fövqəladə vəziyyət tətbiq edilib
Dünya 22:49
Dağıstan və Çeçenistanda federal səviyyədə fövqəladə vəziyyət tətbiq edilib
Türkiyə və Pakistan XİN rəhbərləri İslamabad danışlqlarını müzakirə edib
Dünya 21:46
Türkiyə və Pakistan XİN rəhbərləri İslamabad danışlqlarını müzakirə edib
Merz Pakistanın Baş naziri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Dünya 20:50
Merz Pakistanın Baş naziri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
Dünya 20:20
Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
Türkiyəli müğənni Yusuf Güney saxlanılıb
Dünya 19:59
Türkiyəli müğənni Yusuf Güney saxlanılıb
İran və ABŞ arasında danışıqlar aprelin 11-də keçirilə bilər
Dünya 18:08
İran və ABŞ arasında danışıqlar aprelin 11-də keçirilə bilər

ABŞ-də təyyarə qəzası -Ölənlər var
Dünya 16:06
ABŞ-də təyyarə qəzası -Ölənlər var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol