• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatdı!

ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatdı!
06.05.2024 14:43
ABB-nin tərəfdaşlığı ilə ADA Universitetində keçirilən "Karyera Həftəsi” başa çatıb. "Karyera Həftəsi”nə ümumilikdə 137-dən çox qurum qatılıb. Tədbir ərzində müxtəlif biznes qurumlarının, o cümlədən ABB-nin təmsilçiləri tələbə və məzunlar üçün təqdimatlar edərək ölkəmizin əmək bazarındakı mövcud imkanlar haqqında ətraflı məlumat veriblər.

Layihə "Karyera Sərgisi” ilə tamamlanıb. "Karyera Sərgisi”ndə tələbə və məzunlar tərəfdaş qurumların insan resursları üzrə təmsilçiləri ilə ünsiyyətdə olaraq mövcud vakansiyalar haqqında məlumatlar əldə ediblər. Onlara müraciət və işəqəbul prosedurları barədə ətraflı məlumat verilib.

"Karyera Həftəsi” zamanı müvafiq prosedurlar əsasında 10 tələbə seçilib. Onlar xüsusi seçimlə ABB-nin Təcrübə proqramına qatılmaq imkanı qazanıblar. Karyera tədbirlərinə verdiyi baş sponsorluq dəstəyinə görə ABB-yə ADA-nın mükafatı təqdim olunub.

Belə layihələrin məqsədi tələbə və məzunları ölkəmizin əmək bazarı, mövcud karyera imkanları ilə tanış etməkdir. Sektorun ən yaxşı işəgötürəni olmağı qarşısına hədəf qoymuş ABB bu cür faydalı layihələri fəal şəkildə dəstəkləyir.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
“PAŞA Sığorta” 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb
İqtisadiyyat 13:10
“PAŞA Sığorta” 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank-dan biznesini genişləndirmək istəyənlərə özəl fürsət
İqtisadiyyat 11:32
Yelo Bank-dan biznesini genişləndirmək istəyənlərə özəl fürsət
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol