• $ 1.7
  • € 1.9908
  • ₽ 0.021208
  • ₺ 0.0405
  • £ 2.2869

Direktor məktəblilər arasında düşən davanın təfərrüatı ilə bağlı danışıb - Yenilənib/VİDEO

Direktor məktəblilər arasında düşən davanın təfərrüatı ilə bağlı danışıb - Yenilənib/VİDEO
07.05.2024 14:47
Tərtər şəhər İsmayıl Məmmədov adına 2 saylı məktəb-liseyin direktoru Gülarə Əkbərova məktəblilər arasında düşən davanın təfərrüatı ilə bağlı danışıb. Bununla bağlı görüntülər  "Baku TV”də yayımlanıb.

Direktorun sözlərinə görə, hadisənin baş verdiyi gün şagird cəmi 2 saat dərsdə oturub. Daha sonra isə tənəffüsə çıxıb və geri qayıtmayıb.

"Vəfat edən uşaq bizim məktəbin 10-cu sinif şagirdi Aslan Əliyevdir. Ölümünün səbəbi hələ məlum deyil. Ekspertizadan sonra bilinəcək. Zəif oxuyan şagird idi, amma hər gün dərsə gəlirdi. Səhhətində də heç bir problem yox idi. Bizə xəstəliyi ilə bağlı heç vaxt müraciət etməyib", - o deyib.
 
Əkbərova bildirib ki, digər məktəbli haqqında məlumatı yoxdur.

Ətraflı videomaterialı təqdim edirik:
 

 
 ***
Tərtərdə mayın 6-da iki məktəbli arasında davadan sonra ölüm faktı ilə əlaqədar cinayət işi başlanılıb. Bu barədə Baş Prokurorluqdan bildirilib. 

"Daxil olan məlumata əsasən, iki məktəbli arasında baş vermiş mübahisədən qısa müddət sonra onlardan biri huşunu itirib və aparıldığı xəstəxanada ölüb. Rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb, hazırda ibtidai istintaq aparılır", - məlumatda deyilir. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu
Cəmiyyət 12:25
Sabahın hava proqnozu
Yer kürəsində maqnit qasırğası müşahidə olunur
Cəmiyyət 11:13
Yer kürəsində maqnit qasırğası müşahidə olunur
DYP "Təmiz Hava" aylığı elan edib
Cəmiyyət 10:30
DYP "Təmiz Hava" aylığı elan edib
Qusarda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
Cəmiyyət 16:28
Qusarda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
Mağazada təhlükəli vəziyyətdə qalan şəxs xilas olunub - Video
Cəmiyyət 14:36
Mağazada təhlükəli vəziyyətdə qalan şəxs xilas olunub - Video
Təyyarə qəzasında yaralanan Nurullah Siracov vəfat edib
Cəmiyyət 13:20
Təyyarə qəzasında yaralanan Nurullah Siracov vəfat edib
Sabirabadda Şirvan kanalında 1 nəfər batıb
Cəmiyyət 12:56
Sabirabadda Şirvan kanalında 1 nəfər batıb
Sabahın hava proqnozu
Cəmiyyət 12:42
Sabahın hava proqnozu
İran hərbi gəmiləri Bakı limanını tərk edib
Cəmiyyət 12:00
İran hərbi gəmiləri Bakı limanını tərk edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol