• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

Ermənistanda sərhədin delimitasiyasına etiraz edənlərə qarşı cinayət təqibi başlanılıb

Ermənistanda sərhədin delimitasiyasına etiraz edənlərə qarşı cinayət təqibi başlanılıb
09.05.2024 13:57
Ermənistanın İstintaq Komitəsi aprelin 20-dən Azərbaycanla sərhədin delimitasiyasına etiraz aksiyalarında iştirak edən 16 nəfərə qarşı cinayət təqibi başladıb.Bu barədə "Sputnik Armenia” məlumat yayıb.

Bildirilib ki, aksiya iştirakçılarının cinayət əməlləri ilə bağlı 11 cinayət işi başlanıb.

Yolları bağlayarkən avtoxuliqanlıq, qəsdən əmlaka zərər vurma, fiziki güc tətbiq etmə, polis əməkdaşlarının qanuni fəaliyyətinə mane olma, yol hərəkəti qaydalarını pozma faktları ilə bağlı 7 iş başlanıb.

Qalan 4 iş təkərlərin zədələnməsi, etiraz aksiyaları zamanı zorakılığa çağırışlar, həmçinin silahların əldə edilməsi və saxlanması ilə bağlıdır.
Təqsirləndirilən 9 nəfər həbs edilib, biri ev dustaqlığındadır.

Daha 3 nəfərə ölkəni tərk etməmək qadağası qoyulub, 1 nəfər inzibati nəzarət, 1 nəfər isə tərbiyəvi nəzarət altındadır.

Bu hallarla bağlı istintaq davam edir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərdoğan və Pezeşkian arasında telefon danışığı olub
Dünya 23:26
Ərdoğan və Pezeşkian arasında telefon danışığı olub
Putin Pasxa atəşkəsi elan edib
Dünya 23:21
Putin Pasxa atəşkəsi elan edib
Dağıstan və Çeçenistanda federal səviyyədə fövqəladə vəziyyət tətbiq edilib
Dünya 22:49
Dağıstan və Çeçenistanda federal səviyyədə fövqəladə vəziyyət tətbiq edilib
Türkiyə və Pakistan XİN rəhbərləri İslamabad danışlqlarını müzakirə edib
Dünya 21:46
Türkiyə və Pakistan XİN rəhbərləri İslamabad danışlqlarını müzakirə edib
Merz Pakistanın Baş naziri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Dünya 20:50
Merz Pakistanın Baş naziri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
Dünya 20:20
Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
Türkiyəli müğənni Yusuf Güney saxlanılıb
Dünya 19:59
Türkiyəli müğənni Yusuf Güney saxlanılıb
İran və ABŞ arasında danışıqlar aprelin 11-də keçirilə bilər
Dünya 18:08
İran və ABŞ arasında danışıqlar aprelin 11-də keçirilə bilər

ABŞ-də təyyarə qəzası -Ölənlər var
Dünya 16:06
ABŞ-də təyyarə qəzası -Ölənlər var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol