• $ 1.7
  • € 1.7804
  • ₽ 1.9373
  • ₺ 0.0466
  • £ 2.1477

İrəvanda etiraz aksiyasında saxlanılanlar sərbəst buraxılıb - YENİLƏNİR

İrəvanda etiraz aksiyasında saxlanılanlar sərbəst buraxılıb - YENİLƏNİR
13.05.2024 15:37
Mayın 13-ü səhər saatlarında saxlanılan bütün etirazçılar sərbəst buraxılıb. Bu barədə "Sputnik-Armenia” ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, dövlət məmurlarının qanuni tələblərini yerinə yetirmədiklərinə görə (Ermənistan Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə) saxlanılan 156 vətəndaş sərbəst buraxılıb
 
***
Ermənistanda polis 150-dan artıq etirazçını polis bölmələrinə aparıb. Bu barədə "Sputnik-Armeniya”ya ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 
****
Ermənistanda polis 134-dan artıq etirazçını polis bölmələrinə aparıb. Bu barədə "Sputnik-Armeniya”ya ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Adları çəkilən bütün vətəndaşlar dövlət məmurlarının qanuni tələblərini yerinə yetirmədiklərinə görə (Ermənistan Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə) saxlanılıblar.
 
***** 
 
Mayın 13-ü səhər saatlarında Ermənistanda "Paşinyan get" etiraz aksiyasının 88 iştirakçısı saxlanılıb. Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
 

 
İdarədən bildirilib ki, hazırda paytaxtda bağlı küçə yoxdur.
 

10 may 15:44
Ermənistanda "Paşinyan get" etiraz aksiyasının 12 iştirakçısı saxlanılaraqhəm İrəvanda, həm də Vayots Dzorda polis bölmələrinə aparılıb. Bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, İrəvanda keçirilən aksiyalar zamanı 8 nəfər həbs edilib. Onlardan ikisi soyuq silah, bıçaq, biri isə icazəsiz əşya saxlamaqda ittiham olunub.
Aksiyanın 5 iştirakçısı isə polisin qanuni tələbini yerinə yetirmədiyi üçün həbs edilib.

Vayots Dzorda keçirilən aksiyalar nəticəsində 4 nəfər həbs edilib, onlardan üçü polisin qanuni tələbini yerinə yetirməyib, biri isə polisə qarşı zorakılıq tətbiq edib.

 
9 may 20:10
Ermənistanın paytaxtı İrəvanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə vətəndaş itaətsizliyi və tətillər başlayıb. Etiraz aksiyaları yerli xəbər portallarında real vaxt rejimində yayımlanır.
 

 
21.01
 
Arxiyepiskop Baqrat Qalstanyan Ermənistanın eks-prezidenti Robert Köçəryanın ofisinə gedib.  Bu barədə Ermənistan mediası yazır.  
 
20.49
 
"Nikol Paşinyan xalqın tələbinə məhəl qoymursa onu buna məcbur etməliyik. İlk addımımız Nikol Paşinyanın parlament vasitəsilə istefasına nail olmaq olacaq" - Baqrat Qalstanyan bildirib. 
 
O Həmçinin qeyd edib ki, ən son variant kimi Ermənistanda dini dövlətin yaradılmasına nail olacaqlar.
 
Hazırda İrəvanın "Azadlıq"  meydanında Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və 4 kəndin Azərbaycana qaytarılmasına qarşı etiraz aksiyasl keçirilir. 
 
 
20.39
 
Paşinyan saat 20:00-da istefa verməyib, yepiskop Baqrat da vaxtı uzatmadığını və ancaq parlament vasitəsi ilə impiçmentə hazılaşdığını  açıqlayıb. Bu barədə Sputnik Armeniya məlumat verib.

O qeyd edib ki," nə qədər çətin olsa da, mübarizəmizi davam etdirməliyik". Arxiyepiskop həmçinin əlavə edib ki, hərəkatı dəstəkləyən üç parlament partiyasının nümayəndələri ilə gələcək fəaliyyətlə bağlı məsləhətləşmələr aparacaq. 

Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri bu gecəni Respublika meydanında keçirəcəyini də bildirib.
 
 19:10

Arxiyepiskop Baqrat Qalstanyan Ermənistanın baş naziri Nikol Paşinyana istefaya getmək üçün bir saat vaxt verib.
 
Ermənistan KİV xəbər verir ki, bu barədə o, İrəvandakı Respublika meydanında keçirilən mitinqdə bildirib. Qalstanyan özü də yaxın bir saat ərzində Paşinyanla görüşməyə və onunla istefa şərtlərini müzakirə etməyə hazır olduğunu bildirib.

"Vətən naminə Tavuş" hərəkatının iştirakçılarının Ermənistanın paytaxtı İrəvanın Respublika meydanında mitinqi keçirilir.

***

"Vətən naminə Tavuş" hərəkatının iştirakçılarının Ermənistanın paytaxtı İrəvanın Respublika meydanında mitinqi başlayıb.

Ermənistan mətbuatı xəbər verir ki, mitinq arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi ilə keçirilir. O, İrəvanda keçirilən milli mitinqdə çıxışına Ermənistan himni ilə başlayıb və meydana toplaşan etirazçılar onunla birgə mahnı oxuyublar.

Mayın 4-dən Tavuş rayonundan başlayan "Vətən üçün Tavuş” hərəkatının yürüşü bu gün İrəvana çatıb. Etiraz hərəkatı aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı dövlət komissiyalarının səkkizinci iclasının yekunlarına əsasən, Tavuş bölgəsindən delimitasiyaya başlamaqla bağlı razılığa gəlindikdən sonra başlayıb. Mayın 4-də arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi ilə İrəvana yürüş başlayıb və bu gün Respublika meydanında başa çatacaq.
 
 17:10
 
Bu saatlarda İrəvanın mərkəzindəki Respublika meydanında keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi yürüş iştirakçılarının hakimiyyət əleyhinə mitinqi keçirilir.

Modern.az xəbər verir ki, mitinqi bəzi erməni internet mediası canlı yayımlayır.

Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının primatı Baqrat Qalstanyanın rəhbərliyi ilə mayın 4-də Kirants kəndindən başlayan "Vətən naminə Tavuş” hərəkatının iştirakçıları Azərbaycanla sərhədlərin delimitasiyasına etiraz edirlər.

İrəvandakı Respublika meydanına və Ermənistan hökumətinin binasına bitişik əraziyə çoxsaylı polis qüvvələri yerləşdirilib. Hökumət binasının qarşısında polis bir neçə cərgədən ibarət kordonda düzülüb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
HƏMAS 4 girovun meyitini İsrailə təhvil verəcək
Dünya 23:48
HƏMAS 4 girovun meyitini İsrailə təhvil verəcək
Ukrayna NATO-nu unutmalıdır - Tramp
Dünya 23:17
Ukrayna NATO-nu unutmalıdır - Tramp
Tomas Bax istefa verib
Dünya 22:34
Tomas Bax istefa verib
Nissan-nın reytinqi ən aşağı səviyyəyə enib
Dünya 22:09
Nissan-nın reytinqi ən aşağı səviyyəyə enib
ABŞ dövlət katibi Rubio ilə Avropa diplomatiyasının rəhbəri Kallas arasında görüş ləğv edilib
Dünya 22:00
ABŞ dövlət katibi Rubio ilə Avropa diplomatiyasının rəhbəri Kallas arasında görüş ləğv edilib
Tramp Zelenskinin Vaşinqtona səfərini təsdiqləyib
Dünya 21:13
Tramp Zelenskinin Vaşinqtona səfərini təsdiqləyib
Tramp Maskın iştirakı ilə hökumətin ilk iclasını keçirəcək
Dünya 19:38
Tramp Maskın iştirakı ilə hökumətin ilk iclasını keçirəcək
Almaniyada atışma baş verib, yaralananlar var
Dünya 18:41
Almaniyada atışma baş verib, yaralananlar var
İranda məktəblərdə ana dilində ədəbiyyatın keçirilməsini qadağa edən qanun hazırlanıb
Dünya 17:12
İranda məktəblərdə ana dilində ədəbiyyatın keçirilməsini qadağa edən qanun hazırlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol