• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

Baş nazirliyə namizəd ola bilərəm - Baqrat

Baş nazirliyə namizəd ola bilərəm - Baqrat
10.05.2024 15:33
Müxalifət hazırkı hökumət başçısının istefasına və ya impiçmentinə nail ola bilsə, Ermənistanın baş nazirliyinə namizəd ola biləcəyini istisna etmir. Bunu "Vətən naminə Tavuş” erməni etiraz hərəkatının lideri arxiyepiskop Baqrat bildirib.

"Xalq bunu istəsə, Allahın iradəsi yerinə yetər və mən erməni patriarxının xeyir-duasını alaram, o zaman mən kiməm ki, yenə deyirəm, mən bunu istəmirəm, mən ruhani liderəm, bu missiya baş nazir vəzifəsindən bir neçə dəfə yüksəkdir”, - o, İrəvanın mərkəzində yürüş zamanı jurnalistlərin suallarını cavablandırıb.

Arxiyepiskop Baqrat Ermənistan və Kanada vətəndaşıdır və ölkə konstitusiyasına görə, yalnız Ermənistan vətəndaşlığı olan şəxs baş nazir ola bilər. Bu faktı şərh edən keşiş qeyd edib ki, "xalq konstitusiyanı dəyişə bilər”.

"Vətən naminə Tavuş” hərəkatı bütün Ermənistanda hərəkətləri koordinasiya edir, Tavuş bölgəsində dörd kəndin Bakıya verilməsini nəzərdə tutan Azərbaycanla sərhədlərin birtərəfli delimitasiyası və demarkasiyası prosesinə etiraz edir. Hərəkatın ruhani lideri arxiyepiskop Baqratdır, ona qarşı son günlər müxtəlif media orqanları, bloqqerlər və ekspertlər Ermənistan hakimiyyəti və Qərb təşkilatları tərəfindən maliyyələşdirilən informasiya müharibəsinə başlayıblar. Xüsusilə, onlar keşişi ölkədə müxalifət hərəkatı təşkil etmək üçün Rusiya Federasiyasından guya pul almaqda ittiham edirlər. 
 
Gülnar 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərdoğan və Pezeşkian arasında telefon danışığı olub
Dünya 23:26
Ərdoğan və Pezeşkian arasında telefon danışığı olub
Putin Pasxa atəşkəsi elan edib
Dünya 23:21
Putin Pasxa atəşkəsi elan edib
Dağıstan və Çeçenistanda federal səviyyədə fövqəladə vəziyyət tətbiq edilib
Dünya 22:49
Dağıstan və Çeçenistanda federal səviyyədə fövqəladə vəziyyət tətbiq edilib
Türkiyə və Pakistan XİN rəhbərləri İslamabad danışlqlarını müzakirə edib
Dünya 21:46
Türkiyə və Pakistan XİN rəhbərləri İslamabad danışlqlarını müzakirə edib
Merz Pakistanın Baş naziri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Dünya 20:50
Merz Pakistanın Baş naziri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
Dünya 20:20
Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
Türkiyəli müğənni Yusuf Güney saxlanılıb
Dünya 19:59
Türkiyəli müğənni Yusuf Güney saxlanılıb
İran və ABŞ arasında danışıqlar aprelin 11-də keçirilə bilər
Dünya 18:08
İran və ABŞ arasında danışıqlar aprelin 11-də keçirilə bilər

ABŞ-də təyyarə qəzası -Ölənlər var
Dünya 16:06
ABŞ-də təyyarə qəzası -Ölənlər var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol