• $ 1.7
  • € 1.9833
  • ₽ 0.02145
  • ₺ 0.0405
  • £ 2.2723

ATƏT-in sədri Azərbaycana gələcək

ATƏT-in sədri Azərbaycana gələcək
13.05.2024 13:54
Mayın 14-ə ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər, Avropa işləri və ticarət naziri Yan Borq Azərbaycana səfər edəcək. Bu barədə ATƏT-in saytı bildirib.
 
Məlumata görə, səfər zamanı o, prezident İlham Əliyev, baş nazir Əli Əsədov, xarici işlər naziri Ceyhun Bayramov və Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, həmçinin ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvlərilə görüşəcək.
 
Borq bu gün Ermənistana səfər edib. 
 
Politoloq Tural İsmayılov hesab edir ki, ATƏT-in Azərbaycana səfərinin Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur. 

"ATƏT-in fəaliyyətdə olan Sədri Yan Borg Azərbaycan və Ermənistana həssas bir dövrdə səfər edir. Azərbaycan və Ermənistan arasında artıq delimitasiya görüşləri baş verir. Eyni zamanda ki, ölkə arasında sülh müqavləsi ilə bağlı konkret ortada işlər var. Sonuncu olaraq Qazaxıstanın moderatorluq altında iki gün Azərbaycan və Ermənistanın xarici işlər nazirləri görüşdü. Belə bir həssas dövrdə ATƏT rəhbərinin Azərbaycana və Ermənistana səfəri əlbəttə ATƏT-in regionla bağlı öz maraqlarını bildirmək üçün bir şansdır. Həm Azərbaycan, həm də Ermənistan ATƏT üzvüdür və ATƏT bu bölgə ilə bağlı fəallıq göstərməyə çalışır. Amma ATƏT ilə bağlı çox ciddi narazılıqlar da mövcuddur. Bu da ondan ibarətdir ki, ATƏT-in Minsk Qrupu 30 il ərzində beynəlxalq hüququn təmin edilməsibıə, Azərbaycan torpaqlarının işxaldan azad edilməyə məsələsinə diplomatik mənada heç bir tövhə verə bilmədi. ATƏT-in Minsk qrupunun yarıtmaz fəaliyyəti də Azərbaycan və Ermənistan arasında savaşın səbəbindən biridir. Bu səfərin Azərbaycan üçün xüsusi əhəmiyyəti yoxdur. 
 
Azərbaycan ATƏT-lə müxtəlif platformalarda əməkdaşlıq edir, amma bütövlükdə hesab edirəm ki, bir siyasi təşkilat olan ATƏT onsuz da iqtisadi mənada və enerji təhlükəsliyi mənasında Qərbdə mövqələri kifayət qədər güclü olan Azərbaycana hansısa xüsusi töhfələr verə bilməz. Bu gün Paşinyan hakimiyyətinin Ermənistanı guya Qərb vektoruna yönəltməsi və Rusiya düşmənçiliyini Ermənistanda dövlət siyasəti halına gətirmək fonunda
 
ATƏT sədrinin Ermənistana hansısa təlimatlar verəcəyini də gözləmək olar, amma səfər çərçivəsində Azərbaycan-Ermənistan məsələləri ilə yanaşı, iki ölkə ilə ATƏT arasındakı əlaqələrin daha çox müzakirə ediləcəyini düşünürəm", - o qeyd edib. 

Aygün 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib
Siyasət 20:15
Prezident Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib
Ceyhun Bayramov Səmərqəndə gedib
Siyasət 19:15
Ceyhun Bayramov Səmərqəndə gedib
İlham Əliyev Rumıniya Parlamenti Senatının sədrini qəbul edib
Siyasət 18:50
İlham Əliyev Rumıniya Parlamenti Senatının sədrini qəbul edib
Çernoqoriyada azərbaycanlılara qaydalara əməl etmək tövsiyə olunub
Siyasət 18:04
Çernoqoriyada azərbaycanlılara qaydalara əməl etmək tövsiyə olunub
Sabirabadın bir hissəsində qaz kəsiləcək
Siyasət 17:54
Sabirabadın bir hissəsində qaz kəsiləcək
Prezident bu məhkəmələrə hakimlər və sədrlər təyin etdi- Sərəncam
Siyasət 17:01
Prezident bu məhkəmələrə hakimlər və sədrlər təyin etdi- Sərəncam
Elton Məmmədova rəsmi xəbərdarlıq edilib
Siyasət 16:47
Elton Məmmədova rəsmi xəbərdarlıq edilib
Azərbaycan və Oman XİN başçıları arasında təkbətək görüş keçirilir
Siyasət 14:10
Azərbaycan və Oman XİN başçıları arasında təkbətək görüş keçirilir
Azərbaycan Rotterdam Konvensiyasına qoşulub
Siyasət 13:44
Azərbaycan Rotterdam Konvensiyasına qoşulub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol