• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

Mərkəzi Asiya ölkələrinin liderləri Astanada görüşəcəklər

Mərkəzi Asiya ölkələrinin liderləri Astanada görüşəcəklər
16.05.2024 23:31
Mərkəzi Asiya ölkələrinin liderləri avqustun 9-da Qazaxıstanın paytaxtında görüşəcəklər. Bu barədə regionun Təhlükəsizlik Şuraları katiblərinin Astanada görüşü zamanı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib.

Prezidentin sözlərinə görə, "Mərkəzi Asiya-2040” regional kooperasiyanın inkişafı strategiyası işlənib hazırlanıb.
"Regional yaxınlaşma prioritetləri, hər şeydən əvvəl Mərkəzi Asiyanın beştərəfli qarşılıqlı fəaliyyətinin genişlənməsinə və beynəlxalq subyektliyinin möhkəmlənməsinə istiqamətlənib.

Əminəm ki, Astanada sammitin gedişində bu sənədin qəbulu ("Mərkəzi Asiya-2040” Strategiyası – Red.) region üçün konseptual əhəmiyyət kəsb edəcək”, - deyə Tokayev bildirib.

Qazaxıstan Prezidenti qeyd edib ki, münasibətlərin xüsusi xarakteri XXI əsrdə Mərkəzi Asiyanın inkişafı məqsədilə dostluq, mehriban qonşuluq və əməkdaşlıq haqqında Müqavilədə, strateji tərəfdaşlığı yeni müstəviyə çıxaran sənəddə təsbit olunub.

"Hesab edirəm ki, Astanada sammitin əsas nəticələrindən biri bizim hamımız üçün tarixi olan Müqavilənin imzalanması prosedurunun başa çatması və onun qüvvəyə minməsi ola bilər. Bizim beştərəfli formatımızın gələcəkdə institusional təkmilləşdirilməsi aktual olaraq qalmaqdadır”, - deyə Qazaxıstan Prezidenti vurğulayıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pakistan İran və ABŞ-a Hörmüzdə birgə patrul xidməti təklif edib
Dünya 09:15
Pakistan İran və ABŞ-a Hörmüzdə birgə patrul xidməti təklif edib
İslamabadda keçirilən İran-ABŞ danışıqları başa çatıb - Yenilənib
Dünya 08:50
İslamabadda keçirilən İran-ABŞ danışıqları başa çatıb - Yenilənib
Gələn həftə Zelenski və Meloni arasında Romada görüş keçiriləcək
Dünya 00:14
Gələn həftə Zelenski və Meloni arasında Romada görüş keçiriləcək
Hörmüz boğazı tezliklə açılacaq - Tramp
Dünya 23:20
Hörmüz boğazı tezliklə açılacaq - Tramp
Nyu-York metrosunda sərnişinlərə hücum edilib
Dünya 22:41
Nyu-York metrosunda sərnişinlərə hücum edilib
İrlandiyada balta ilə ABŞ-nin hərbi təyyarəsinə hücum edilib
Dünya 22:01
İrlandiyada balta ilə ABŞ-nin hərbi təyyarəsinə hücum edilib
Türkiyədə 4,8 bal gücündə zəlzələ olub
Dünya 19:10
Türkiyədə 4,8 bal gücündə zəlzələ olub
Nizar Amidi İraqın yeni prezidenti olub
Dünya 18:58
Nizar Amidi İraqın yeni prezidenti olub
Pakistan və İran nümayəndə heyətləri İslamabadda danışıqlar aparır
Dünya 15:11
Pakistan və İran nümayəndə heyətləri İslamabadda danışıqlar aparır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol