• $ 1.7
  • € 1.9697
  • ₽ 0.0208
  • ₺ 0.0419
  • £ 2.2692

Şirvanda 9 yaşlı uşaq qızılcadan ölüb

Şirvanda 9 yaşlı uşaq qızılcadan ölüb
20.05.2024 09:23
Şirvanda 9 yaşlı qız qızılcadan vəfat edib. Bu barədə report məlumat yayıb. 
 
Bildirilib ki, 2015-ci il təvəllüdlü Vəliyev Əli Xəyyam oğlu bir həftə öncə qızılcaya yoluxub və hərarəti düşmədiyi üçün xəstənaya gətirilib. Lakin xətəxanaya gətirilərkən gec olduğu üçün azyaşlı vəfat edib. 
 
2023-cü il dünyada qızılcadan 306,000-dən çox hadisə qeydə alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 79% çoxdur. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatında deyilir.  
 
ÜST-ün açıqlamasında qeyd olunur ki, ilin sonuna qədər bütün ölkələrin yarıdan çoxu qızılca xəstəliyinə yoluxma riski var. Təxminən dünyada 142 milyon uşağın bu virusa yoluxması ehtimal edilir. 
 
Təşkilatın açıqlamasında qızılcadan ölən bütün uşaqların 92 faizi dünya əhalisinin dörddə birindən az hissəsi arasında, əsasən də çox aşağı gəlirli ölkələrdə yaşadığı deyilir. 
 
2023-cü ilin statistikasına görə, Azərbaycanda qızılcaya yoluxanların sayı 1493 nəfər olub. 
 
Dekabrın 25-də Səhiyyə Nazirliyi qızılca ilə bağlı Azərbaycana peyvəndlərin gətirildiyini qeyd edib. Nazirliyinin və TƏbiB-in açıqlamasında 11-40 yaşlı şəxslərin peyvənd olunmasının zəruri olduğunu vurğulanıb. 
 
Səhiyyə Nazirliyinin son statistikasına görə, hazırda Azərbaycanda 284 nəfər qızılcaya yoluxub. 
 
Nazirliyin qızılca ilə bağlı açıqladığı statistikadan sonra ölkədə bir tələbənin və 10 yaxın uşağın qızılcadan ölüm faktı təsdiqlənib. 
 
Noyabrın 30-da ÜST-ün Azərbaycan nümayəndəliyi əhalini penvənd olunmağa çağırıb. 
 
2023-cü ilin on iki ayında Avropa və Mərkəzi Asiyada 30,601 nəfər qızılcaya yoluxub.
 
Ümümdünya Səhiyyə Təşkilatının son statistikasında 2021-ci illə müqayisədə ötən il qlobal miqyasda qızılcaya yoluxma hallarının sayı 18 %, ölüm hallarının sayı isə 43 % artıb.
 
Gülnar Nazimqızı 
 
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
2025-ci ilin ilk yarısında qeyri-neft ixracından 1,3 milyard dollar gəlir əldə edilib
Cəmiyyət 11:26
2025-ci ilin ilk yarısında qeyri-neft ixracından 1,3 milyard dollar gəlir əldə edilib
DƏMX isti hava ilə bağlı işəgötürənlərə xəbərdarlıq edib
Cəmiyyət 11:16
DƏMX isti hava ilə bağlı işəgötürənlərə xəbərdarlıq edib
Universitetlərə qəbul olmaq üçün ixtisas seçiminin vaxtı məlum olub
Cəmiyyət 11:04
Universitetlərə qəbul olmaq üçün ixtisas seçiminin vaxtı məlum olub
Laçının Güləbird kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın olub
Cəmiyyət 10:25
Laçının Güləbird kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın olub
Xıdırlıya növbəti 225 nəfər köçürülüb
Cəmiyyət 10:23
Xıdırlıya növbəti 225 nəfər köçürülüb
Lənkəranın bəzi kəndlərində işıq olmayacaq
Cəmiyyət 10:08
Lənkəranın bəzi kəndlərində işıq olmayacaq
Bakıda skuter sürən qadını maşın vurub öldürdü
Cəmiyyət 23:05
Bakıda skuter sürən qadını maşın vurub öldürdü
Vüqar Qurbanovdan yeni təyinatlar
Cəmiyyət 21:08
Vüqar Qurbanovdan yeni təyinatlar
Gürcüstanda saxlanılan Azərbaycan vətəndaşı ölkəyə gətirilib
Cəmiyyət 19:42
Gürcüstanda saxlanılan Azərbaycan vətəndaşı ölkəyə gətirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol