• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

Bazarstore "Qızıl Şah" Milli Kulinariya Çempionatının Rəsmi Tərəfdaşı olub

Bazarstore
20.05.2024 13:34
38 ölkədən 500-ə yaxın şirkətin iştirakı ilə Beynəlxalq Kənd Təsərrüfatı və Qida Sənayesi sərgisinin açılışı olub.


Mayın 15-də Bakı Ekspo Mərkəzində sayca 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro”) və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisinin ("InterFood Azerbaijan”) açılışı olub.


Sərgidə 38 ölkədən 500-ə yaxın şirkətin iştirakı ilə rekord sayda milli və regional stendlərin nümayişi baş tutub.


Sərgini Azərbaycanın müxtəlif dövlət və şirkət nümayəndələri, yüzlərlərlə qonaq ziyarət edib.


Bazarstore "Qızıl Şah” Milli Azərbaycan Mətbəxi çempionatının rəsmi tərəfdaşı olub.


Sərgidə həmçinin Ümumdünya Aşpazlar Cəmiyyətləri Assosiasiyasının tərəfdaşlığı ("Wordlchefs”) ilə Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası (ACSA) tərəfindən təşkil olunan, dahi Azərbaycan aşpazı Şahhüseyn Kərimovun şərəfinə "Qızıl Şah” Milli Azərbaycan Mətbəxi çempionatı keçirilib.


Ənənəvi olaraq,  bu il də çempionatın  əsas tərəfdaşlarından biri Bazarstore olub.


Minlərlə ziyarətçi sərgi zalında qurulan Bazarstore mağazasını ziyarət edib, fəaliyyəti il ətraflı maraqlanıb.


Həmçinin xarici şirkətlərin nümayəndələri ilə görüşlər keçirilib, onlar tərəfindən edilən məhsul təklifləri dəyərləndirilib.


Qeyd edək ki, 2011-ci ildə "Azərsun Holdinq”in tərkibində yaradılan "Bazarstore” 13 ildir davamlı olaraq təzəlik, keyfiyyət, münasib qiymət, çeşidlilik və xidmətindən güzəştə getməyərək , 93 mağazası ilə ildə 45 milyon müştəriyə, ölkə üzrə 110 min kvadrat metr-dən artıq satış sahəsində, 3700-ə yaxın çalışanı ilə xidmət göstərir. 


"Bazarstore” əsas prinsiplərində qeyd olunduğu kimi bu üstün xidmət üçün əl-ələ verib birlikdə güclənməyin, inkişaf üçün davamlı çalışmağın, müştərini sərvəti bilib sözündə etibarlı olmağın və məsuliyyətinin fərqindədir. 


Bazarstore
PR və Marketinq şöbəsi, +99412 404 19 70-75 (dax: 4009)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Синоптики предупреждают о сильном ветре
Cəmiyyət 21:54
Синоптики предупреждают о сильном ветре
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin olunub
Cəmiyyət 21:30
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin olunub
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Cəmiyyət 16:49
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Bakıda daha bir ərazidə sürüşmə olub
Cəmiyyət 15:07
Bakıda daha bir ərazidə sürüşmə olub
Sabahın hava proqnozu
Cəmiyyət 13:25
Sabahın hava proqnozu
Binəqədi rayonunda evlərdən 10 min manatlıq oğurluq edən şəxs saxlanılıb
Cəmiyyət 12:56
Binəqədi rayonunda evlərdən 10 min manatlıq oğurluq edən şəxs saxlanılıb
Masazırda iki qadın qətlə yetirilib
Cəmiyyət 12:31
Masazırda iki qadın qətlə yetirilib
Tərtərdə 7 yaşlı uşaq kanalda boğulub
Cəmiyyət 12:10
Tərtərdə 7 yaşlı uşaq kanalda boğulub
Paytaxtin qəsəbələrində iməcilik keçirilib
Cəmiyyət 11:40
Paytaxtin qəsəbələrində iməcilik keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol