Ərzaq qiymətlərində baş verən artım bəzi ölkələrdə ərzaq qıtlığı təhlükəsini artırır- Lətif Qasımov

Son illərdə ərzaq qiymətlərində baş verən artım bəzi ölkələrdə ərzaq qıtlığı təhlükəsini artırır. Bunu Azərbaycan Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinin müdiri Lətif Qasımov deyib.
"Son illər enerji daşıyıcılarının istehsal vasitələrinin qiymətlərinin artması, iqlim dəyişikliyi fonunda su ehtiyatlarının azalması və digər amillər səbəbindən ərzaq məhsullarının qiymətlərində artım baş verdi, bu da bəzi ölkələrdə ərzaq qıtlığı təhlükəsini artırır", - Qasımov mayın 21- də "Yaşıl dünya naminə" Bitki Sağlamlığı Forumunda çıxışı zamanı qeyd edib.
O bildirib ki, Azərbaycan torpaq və su resursu məhdud olan ölkələrdəndir.
www.anews.az

"Torpaqların uzun müddət ənənəvi üsullarla becərilməsi, multikultral əkinçiliyin tətbiqi, iqlim dəyişmələrinin təsiri ilə torpaqların deqradasiyaya uğraması kənd təsərrüfatı məhsullarının istehsalını ciddi təzyiqlərə məruz qoyur. Buna görə də, mövcud və yarana biləcək çətinlikləri aradan qaldırılmasında qoruyucu resurs, mühafizəedici texnoloji əməliyyatların rəqəmsallaşdırılması ilə yanaşı yeni əkinçilik sisteminin tətbiq edilməsi, ekstremal şəraitlərə o cümlədən quraqlığa və bitki xəstəliklərinə qarşı dözümlü sortların yaradılması və yerli şəraitə uyğunlaşdırılması böyük əhəmiyyət kəsb edir", - Qasımov əlavə edib.
Aygün Mirakif
www.anews.az