• $ 1.7
  • € 1.9776
  • ₽ 0.021807
  • ₺ 0.0393
  • £ 2.2772

“Nar” ölkə üçün önəmli sosial layihələri dəstəkləməyə davam edir

“Nar” ölkə üçün önəmli sosial layihələri dəstəkləməyə davam edir
23.05.2024 17:06
"Nar” cəmiyyətin sosial və iqtisadi həyatına müsbət dəyişikliklər gətirən faydalı layihələrə dəstəyini fəal şəkildə davam etdirir. Azərbaycanı BMT-nin Qlobal Sazişində təmsil edən ilk telekommunikasiya brendi kimi "Nar” BMT-nin Davamlı İnkişaf Məqsədlərinə uyğun olaraq fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyasını təşviq etmək və təhsilə dəstək istiqamətindəki Korporativ Sosial Məsuliyyət (KSM) layihələrinə xüsusi önəmlə yanaşır.
 
Mobil operator üçün sosial layihələrin əhəmiyyətini vurğulayan "Nar”ın Baş İcraçı Direktoru Qunnar Panke bildirib: "Korporativ sosial məsuliyyət biznes olaraq strategiyamızın əsas sütunlarından biridir. Təkcə 2023-cü ildə biz 30 sosial təşəbbüsü dəstəkləmişik, son 3 ildə isə sosial layihələrə 10 milyon manatdan çox sərmayə yatırmışıq. Bu, bizim cəmiyyətdə müsbət dəyişiklik etmək öhdəliyimizə sadiqliyimizi göstərir. "Nar” olaraq gələcəkdə də müxtəlif sosial layihələr həyata keçirməyə davam edəcəyik”.
 
"Nar”ın dəstəyi ilə ərsəyə gətirilən ilk Azərbaycan jest dili elektron lüğəti – "jestdili.az” 30 mindən çox eşitmə və nitq məhdudiyyətli azərbaycanlıya Azərbaycan jest dilini tamamilə pulsuz öyrənmək imkanı verib. "Jestdili.az” əvəzsiz və faydalı resurs olmasına görə beynəlxalq dərəcədə də yüksək qiymətləndirilib və "Korporativ Məsuliyyət” kateqoriyasında ən uğurlu layihə kimi Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyasının "Qızıl Dünya Mükafatı”na layiq görülüb.
 
"Nar”ın KSM strategiyasının digər istiqaməti Azərbaycan gəncləri arasında idman və sağlam həyat tərzinin  təbliğidir. "Nar” 2023-cü ildən Azərbaycan Voleybol Federasiyasının rəsmi tərəfdaşıdır və milli komandalarımızın həm yerli, həm də beynəlxalq arenalarda qazandığı uğurlarla qürur duyur. Bundan əlavə, "Nar” "Zirə” futbol klubunun rəsmi tərəfdaşı kimi futbol, şahmat, boks və digər idman növləri üzrə təşəbbüsləri dəstəkləyir.
 
"Nar” sosial təşəbbüslərin həyata keçirilməsinə davamlı olaraq öz töhfəsini verir. "Nar”ın faydalı sosial layihələri haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
 
Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən "Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
 
 
 
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda qarlı hava səbəbindən bəzi küçələrdə nəqliyyatın hərəkəti çətinləşib
Cəmiyyət 21:56
Bakıda qarlı hava səbəbindən bəzi küçələrdə nəqliyyatın hərəkəti çətinləşib
Şair Qərib Mehdi vəfat edib
Cəmiyyət 21:53
Şair Qərib Mehdi vəfat edib
Vaqif Allahverdiyevə hökm oxunub
Cəmiyyət 19:17
Vaqif Allahverdiyevə hökm oxunub
Dağlıq ərazilərdə 12 dərəcəyədək şaxta qeydə alınıb -FAKTİKİ HAVA
Cəmiyyət 19:10
Dağlıq ərazilərdə 12 dərəcəyədək şaxta qeydə alınıb -FAKTİKİ HAVA
Faktiki hava açıqlanıb
Cəmiyyət 19:03
Faktiki hava açıqlanıb
Suriyalılardan Türkiyə bayrağına hörmətsizlik
Cəmiyyət 18:56
Suriyalılardan Türkiyə bayrağına hörmətsizlik

ADSEA şaxtalı havalarla bağlı abonentlərə müraciət edib
Cəmiyyət 18:36
ADSEA şaxtalı havalarla bağlı abonentlərə müraciət edib
Yevlaxda ev yanıb
Cəmiyyət 18:23
Yevlaxda ev yanıb
İranda baş verən müəyyən qeyri-sabitlikdən narahatıq -İlham Əliyev
Cəmiyyət 17:28
İranda baş verən müəyyən qeyri-sabitlikdən narahatıq -İlham Əliyev
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol