• $ 1.7
  • € 2.0035
  • ₽ 0.021707
  • ₺ 0.0427
  • £ 2.336

Azercell və GSMA strateji tərəfdaşlıqlarının prioritet istiqamətləri haqqında danışdılar

Azercell və GSMA strateji tərəfdaşlıqlarının prioritet istiqamətləri haqqında danışdılar
23.05.2024 17:43
Bakıda Azercell-in baş sponsorluğu ilə keçirilən "GSMA M360 Eurasia 2024” başa çatdı

Beynəlxalq GSM Assosiasiyasının  (GSMA) Azərbaycanda təşkil etdiyi "GSMA M360 Eurasia” konfransı yekunlaşdı. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və "Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə baş tutan tədbir bu il də Bakıda telekommunikasiya və rəqəmsal texnologiyalar sahəsində çalışan  aparıcı ekspertləri, eləcə də region üzrə tənzimləyici qurumların nümayəndələrini bir araya topladı. 
 
Tədbir çərçivəsində Azercell və GSMA-nın rəhbər heyəti arasında keçirilən görüşdə bu əməkdaşlığın prioritet istiqamətləri və yeni çərçivələri ətrafında fikir mübadiləsi aparıldı. Görüşdə süni intellektin telekommunikasiya sahəsində tətbiqi imkanları, bu istiqaməti əhatə edən əməkdaşlıq perspektivləri müzakirə edildi. 

Görüş zamanı tərəflər arasında imzalanacaq yeni anlaşmanın detalları da qeyd olundu. Belə ki, bu saziş çərçivəsində Azercell əməkdaşları Beynəlxalq GSM Assosiasiyası tərəfindən mobil operatorlar üçün hazırlanmış xüsusi təlimlərdə iştirak edəcəklər. Bu da öz növbəsində şirkət əməkdaşlarının yeni dövrün iş bazarına uğurlu adaptasiyasına və ümumilikdə Azercell-in insan kapitalının inkişafına dəstək olacaq. 


Həmçinin tərəflər iqlim fəaliyyəti ilə bağlı cari əməkdaşlıqlarının detallarını da müzakirə etdilər. Qeyd edək ki, COP29 çərçivəsində GSMA-nın iqlim dəyişikliyi tapşırıqları qrupuna qoşulan Azercell digər qrup iştirakçıları ilə birgə mobil sənayeni sıfır karbon emissiyasına yaxınlaşdırmağa çalışır. Görüş zamanı şirkətin rəhbər heyəti bu istiqamətdə görüləcək işləri bir daha gündəmə gətirdi. Xatırladaq ki, Azercell GSMA-nın İqlim Fəaliyyətinin İşçi Qrupuna ötən ilin  dekabr ayından üzv olub. 







www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Masazırda açıq ərazidə yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 00:10
Masazırda açıq ərazidə yanğın söndürülüb - Yenilənib
Sabah bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:19
Sabah bu ərazilərdə işıq olmayacaq
Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapılıb
Cəmiyyət 22:15
Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapılıb
Araz Ağalarova qarşı məhkəmə icraatına başlanılıb
Cəmiyyət 21:49
Araz Ağalarova qarşı məhkəmə icraatına başlanılıb
Göygöldə xəstə yaxınları təcili yardım maşınına hücum edib
Cəmiyyət 21:14
Göygöldə xəstə yaxınları təcili yardım maşınına hücum edib
Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı 8-ə çatıb
Cəmiyyət 21:07
Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı 8-ə çatıb
Şəxsiyyət vəsiqələrinin forması dəyişir
Cəmiyyət 18:05
Şəxsiyyət vəsiqələrinin forması dəyişir

Əmanətini Yelo Bank-a etibar et, illik 12%-dək gəlir qazan
Cəmiyyət 17:04
Əmanətini Yelo Bank-a etibar et, illik 12%-dək gəlir qazan
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq
Cəmiyyət 16:28
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol