• $
  • £

Qalstanyan Paşinyanın kreslosuna göz dikib

Qalstanyan Paşinyanın kreslosuna göz dikib
24.05.2024 14:13
"Vətən uğrunda Tavuş” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan baş nazir postuna namizədliyinin irəli sürülməsi ilə bağlı şərtini açıqlayıb. Bu barədə Ermənistan KİV-i öz mənbələrinə istinadən yazır.

Ermənistanda bəzi siyasi qüvvələr mayın 18-də Qalstanyanla qapalı görüşdə onun müvəqqəti hökumətin baş naziri postuna namizədliyini təsdiq edən sənədi imzalamağı təklif ediblər.
 
"Arxiyepiskop mayın 23-də bildirib ki, namizədliyini irəli sürməyə razılıq verməzdən əvvəl bütün ermənilərin katolikosu II Karekinin razılığını almalıdır”, - Ermənistan KİV yazıb. 

Qalstanyan həmçinin mayın 23-də elan edib ki, mayın 26-da keçiriləcək mitinqdə baş nazirliyə namizədin adını açıqlayacaq.
 
Mayın 4-də "Vətən uğrunda Tavuş” hərəkatı Ermənistan Xarici İşlər Nazirliyinin Bakı ilə Tavuş vilayətinin delimitasiyasına başlamaq barədə razılıq əldə etdiyini elan etdikdən sonra Azərbaycanla delimitasiyaya son qoyulması tələbi ilə Kirants kəndindən İrəvana yürüş keçirib. 
 
Mayın 9-da Yerevanın Respublika meydanında hərəkatın mitinqi keçirilib, Qalstanyan baş nazir Nikol Paşinyanın istefasını tələb edib, həmçinin kütləvi vətəndaş itaətsizliyi aksiyalarına çağırıb.
 
Mayın 18-də arxiyepiskop mayın 26-da Respublika meydanında növbəti mitinqin keçiriləcəyini bildirib. 
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ və Ekvador narkotik kartellərinə qarşı birgə əməliyyatlara başlayıb
Dünya 09:39
ABŞ və Ekvador narkotik kartellərinə qarşı birgə əməliyyatlara başlayıb
Media: Müctəba Xamenei İranın yeni ali lideri seçilib
Dünya 09:19
Media: Müctəba Xamenei İranın yeni ali lideri seçilib
ABŞ: İrana qarşı əməliyyatlarda 50 mindən çox hərbçi iştirak edir
Dünya 08:55
ABŞ: İrana qarşı əməliyyatlarda 50 mindən çox hərbçi iştirak edir
Tramp: İranda “demək olar ki, hər şey məhv edilib”
Dünya 08:43
Tramp: İranda “demək olar ki, hər şey məhv edilib”
KİV: Xamenei Məşhəd şəhərində dəfn olunacaq
Dünya 22:55
KİV: Xamenei Məşhəd şəhərində dəfn olunacaq
ABŞ Beyrutdakı səfirliyini bağlayır
Dünya 21:53
ABŞ Beyrutdakı səfirliyini bağlayır
Bəhreyndə hava həyəcanı siqnalı səslənib
Dünya 20:35
Bəhreyndə hava həyəcanı siqnalı səslənib
Qətər İrana cavab zərbələri endirib
Dünya 20:05
Qətər İrana cavab zərbələri endirib
Tehranda hava limanı vuruldu
Dünya 19:23
Tehranda hava limanı vuruldu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol