İranın keçmiş XİN naziri prezidentliyə namizədlikdən imtina edib

İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif İran prezidenti İbrahim Rəisinin təyyarə qəzasında həlak olması səbəbindən gələn ilin yayında keçiriləcək növbədənkənar prezident seçkilərində iştirakdan imtina edib. Bu barədə İran mətbuatı yazıb.
İranın Tehran vilayətinin Seçki Qərargahının rəhbəri Abbas Cuxari prezident seçkilərində namizədlərin qeydiyyatının mayın 30-da başlayacağını açıqlayıb.
Namizədlər 12-26 iyun tarixlərində seçkiqabağı təşviqat apara biləcəklər. Sonra bir gün "sükut günü” olacaq, ardınca seçki olacaq.
www.anews.az

İran Konstitusiyasına əsasən, prezidentin vəfatı elan edildikdən sonra 50 gün ərzində növbədənkənar prezident seçkiləri keçirilir.
Gülnar
www.anews.az