• $ 1.7
  • € 2.0017
  • ₽ 0.020433
  • ₺ 0.0411
  • £ 2.3026

2020-ci ildən bu günə qədər 361 nəfər mina qurbanı olub - Hikmət Hacıyev

2020-ci ildən bu günə qədər 361 nəfər mina qurbanı olub - Hikmət Hacıyev
30.05.2024 09:32
2020-ci il noyabrın 10-dan 2024-cü il mayın 28-ə kimi 361 nəfər minaya düşüb, onlardan 68 ölüb, 293-ü müxəlif xəsarətlər alaraq yaralanıb. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin X hesabında mina qurbanlarının sayını özündə əks etdirən paylaşımda qeyd olunub. 
 
Bu müddətdə mina qurbanı olan 181-i mülki şəxsdən 53-ü ölüb, 128-i yaralanıb, 180 nəfər mina qurbanı olan hərbi şəxsdən isə 15-i ölüb 165-i yaralanıb. 
 
ANAMA tərəfindən 1991-ci ildən bu günə qədər 3440 mina qurbanı qeydə alıb ki, onlardan 358-i uşaq, 38-i qadınlardır.
 
"Azərbaycanın mina qurbanları artmaqda davam edir. Əsas qurbanlar günahsız mülki şəxslər və minalardan təmizləmə əməliyyatçılarıdır. Ermənistan əvvəllər işğal olunmuş Azərbaycan torpaqlarına milyonlarla mina yerləşdirib", - Hacıyev paylaşımında qeyd edib.
 
Mayın 20-26-da işğaldan azad olunan 1 164.9 hektar ərazi minalardan təmizlənib. 
  
Azad olunan ərazilərdə 32 tank əleyhinə mina, 172 piyada əleyhinə mina, 274 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
 
2023-cü il ümumilikdə Qarabağda 129 min 831 hektar ərazi minalardan təmizlənib. 
 
2020-ci il Vətən Müharibəsindən sonra 350 nəfər mina qurbanı olub. 
 
Azərbaycan hazırda dünyada minalardan əziyyət çəkən ilk 10 ölkə arasında yer alıb. 
 
Hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.
 
Aygün Mirakif

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Macarıstan Azərbaycanda kənd təsərrüfatı universitetinin filialını açmağı düşünür- Nazir
Cəmiyyət 10:52
Macarıstan Azərbaycanda kənd təsərrüfatı universitetinin filialını açmağı düşünür- Nazir
Masallıda 8-ci sinif şagirdi itkin düşdü
Cəmiyyət 10:40
Masallıda 8-ci sinif şagirdi itkin düşdü
Baş idarə əməliyyat keçirib, 30 kq-dan artıq narkotik ələ keçirilib
Cəmiyyət 10:25
Baş idarə əməliyyat keçirib, 30 kq-dan artıq narkotik ələ keçirilib
132-134 nömrəli Təhsil Kompleksində ilk dərs günü - Fotolar
Cəmiyyət 10:01
132-134 nömrəli Təhsil Kompleksində ilk dərs günü - Fotolar
Bərdədə 6 yaşlı uşağa evdə sistem vurulduqdan sonra ölüb
Cəmiyyət 23:47
Bərdədə 6 yaşlı uşağa evdə sistem vurulduqdan sonra ölüb
Xəzər dənizində zəlzələ baş verib
Cəmiyyət 22:34
Xəzər dənizində zəlzələ baş verib
Azərbaycana payız gəlib
Cəmiyyət 22:29
Azərbaycana payız gəlib
Dərnəgül Bazarında söküntü işlərinə başlanılıb
Cəmiyyət 21:50
Dərnəgül Bazarında söküntü işlərinə başlanılıb
Ələtdə hava limanı bu tarixdə açılacaq
Cəmiyyət 21:30
Ələtdə hava limanı bu tarixdə açılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol