• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

Azərbaycan Türkiyəyə qaz nəqlini artırıb

Azərbaycan Türkiyəyə qaz nəqlini artırıb
30.05.2024 12:20
2024-cü ilin yanvar-martında Azərbaycandan Türkiyəyə ümumilikdə 2 milyard 674,43 milyon kubmetr təbii qaz ixrac edilib. Bu 2023-cü ilin ilk rübü ilə müqayisədə 2,06 % çoxdur. Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında dərc olunub.

Cari ilin martında Azərbaycan Türkiyəyə 1 milyard 20,93 milyon kubmetr təbii qaz ixrac edib. Bu, 2023-cü ilin martı ilə müqayisədə 10,63 % çoxdur.

Bununla da martda Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ikinci ölkə olub. Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın 23,64 %-i Azərbaycanın payına düşüb.

Martda Rusiya Türkiyəyə qaz ixracına görə birinci olub. İlin 3-cü ayında Rusiyadan Türkiyəyə 1 milyard 806,83 milyon kubmetr təbii qaz ixrac olunub. Bu, 2023-cü ilin mart ayı ilə müqayisədə 33,48 % çoxdur.
 
Ümumilikdə, 2024-cü ilin ilk iki ayında Azərbaycandan 1 milyard 459 milyon 774,04 min dollar (artım 2,9  dəfət) məbləğində ümumilikdə 3 milyard 953 milyon 658,45 min kubmetr (artım 3,3 dəfə) qaz ixrac edilib.  
 
2023-cü ildə Azərbaycan Türkiyəyə 3 milyard 681 milyon 484,94 min dollara (artım 66,7%) 10 milyard 854 milyon 265 min kubmetr qaz (2022-ci illə müqayisədə 58,4 faiz artım) ixrac edib.


Azərbaycanın "Şahdəniz" yatağında hasil edilən təbii qaz Türkiyəyə ixrac edilir. Türkiyə bazarına ilk qaz Bakı-Tbilisi-Ərzurum kəməri ilə 2007-ci ildə daxil olub. Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəyə qazın kommersiya daşınmasına 30 iyun 2018-ci il tarixində başlanılıb.


Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərdoğan və Pezeşkian arasında telefon danışığı olub
Dünya 23:26
Ərdoğan və Pezeşkian arasında telefon danışığı olub
Putin Pasxa atəşkəsi elan edib
Dünya 23:21
Putin Pasxa atəşkəsi elan edib
Dağıstan və Çeçenistanda federal səviyyədə fövqəladə vəziyyət tətbiq edilib
Dünya 22:49
Dağıstan və Çeçenistanda federal səviyyədə fövqəladə vəziyyət tətbiq edilib
Türkiyə və Pakistan XİN rəhbərləri İslamabad danışlqlarını müzakirə edib
Dünya 21:46
Türkiyə və Pakistan XİN rəhbərləri İslamabad danışlqlarını müzakirə edib
Merz Pakistanın Baş naziri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Dünya 20:50
Merz Pakistanın Baş naziri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
Dünya 20:20
Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
Türkiyəli müğənni Yusuf Güney saxlanılıb
Dünya 19:59
Türkiyəli müğənni Yusuf Güney saxlanılıb
İran və ABŞ arasında danışıqlar aprelin 11-də keçirilə bilər
Dünya 18:08
İran və ABŞ arasında danışıqlar aprelin 11-də keçirilə bilər

ABŞ-də təyyarə qəzası -Ölənlər var
Dünya 16:06
ABŞ-də təyyarə qəzası -Ölənlər var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol