• $ 1.7
  • € 1.9697
  • ₽ 0.0208
  • ₺ 0.0419
  • £ 2.2692

Milli Məclisdə “casus qalmaqalı” müzakirə olundu

Milli Məclisdə “casus qalmaqalı” müzakirə olundu
14.02.2014 18:23
Oqtay Əsədov: “Belə miledilər hələ çox olacaq, diqqətli olmalıyıq”Milli Məclisdə Azərbaycanda “casus qalmaqalı” məsələsi müzakirə olunub. Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Zahid Oruc iki gün əvvəl ölkə mətbuatında yer alan “casus qalmaqalı” məsələsinə toxunub. Onun fikrincə, Azərbaycanda KİV çərçivəsində və media aləmində fəaliyyət göstərənlərin daxili mənəvi durumu arzuedilən səviyyədə deyil. Onun sözlərinə görə, mətbuat səhifələrində kompromat savaşlar hüquq-mühafizə orqanlarının da diqqətini cəlb etməlidir. “Casus qalmaqalı” ilə bağlı yer alan hesabatda xarici ölkə rəsmilərinin, diplomatik korpusun nümayəndələrinin Azərbaycana qarşı təzyiqlərə, hətta “Maqnitsk qanunu”nu Azərbaycana tətbiq etməyə çağırışları var: “Səfirliklər, xüsusən də Azərbaycanda müxtəlif dövrlərdə kəskin geosiyasi maraqları toqquşan diplomatik korpusların nümayəndələri real olaraq diplomatik mandat çərçivəsində fəaliyyət aparmalıdırlar. Azərbaycanda hər hansı xarici kapital və dairələrin yardımı ilə inqilab etmək mümkün deyil. Azərbaycan dövlətinin Azərbaycan xalqına bağlı mühüm siyasəti var”. Millət vəkili qeyd edib ki, biz bilməliyik ki, ölkə əleyhinə fəaliyyət göstərən hansı təsir agentləri, şəbəkələr var. Buna cavab olaraq Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, bunu bilmək üçün ölkədəki gündəlik qəzetləri oxumaq kifayətdir: “Amerika səfirliyinin xanım Vinsent adlı işçisi var idi. O, indidən Azərbaycanda keçiriləcək olimpiadanın boykot olunması ilə bağlı çağırışlar edir. Onun hətta ləqəbi də var və bunu hamı bilir. Ona “Miledi” deyirlər. Odur ki, belə «miledi»lər hələ çox olacaq. Bu cür məsələlər və çağırışlara qarşı diqqətli olmalıyıq”.Spiker Oqtay Əsədov onu da deyib ki, bu gün Azərbaycanda inqilaba və iğtişaşlara çağırışları, bu çağırışı edənləri, onlara cavab verənləri də açıq müşahidə etmək çətin deyil: “ 2015-ci ildə Azərbaycanda olimpiada keçiriləcək, bu cür çağırışlar, təzyiqlər artacaq. Ona görə də həssas və diqqətli olmalıyıq”."Üç Nöqtə" qəzeti
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yerevanda Qalstanyan tərəfdarları saxlanılıb
Siyasət 14:26
Yerevanda Qalstanyan tərəfdarları saxlanılıb
Gürcüstan azərbaycanlılar da daxil olmaqla onlarla əcnəbini ölkədən çıxarıb
Siyasət 14:22
Gürcüstan azərbaycanlılar da daxil olmaqla onlarla əcnəbini ölkədən çıxarıb
İlham Əliyev Mərakeşin Kralını təbrik edib
Siyasət 11:13
İlham Əliyev Mərakeşin Kralını təbrik edib

Polşa Azərbaycana yeni hərbi attaşe təyin edib
Siyasət 10:26
Polşa Azərbaycana yeni hərbi attaşe təyin edib

İsrailin yeni səfiri Azərbaycana gəlib
Siyasət 09:35
İsrailin yeni səfiri Azərbaycana gəlib
Sahibə Qafarova Parlament Sədrlərinin VI Dünya Konfransında çıxış edib
Siyasət 21:59
Sahibə Qafarova Parlament Sədrlərinin VI Dünya Konfransında çıxış edib
Ermənistan-Azərbaycan sərhədində sakitlik müşahidə olunur
Siyasət 11:04
Ermənistan-Azərbaycan sərhədində sakitlik müşahidə olunur
Araz Əzimov İran səfiri ilə görüşüb
Siyasət 11:01
Araz Əzimov İran səfiri ilə görüşüb
Азербайджан нуждается в международной поддержке по разминированию – ANAMA
Siyasət 10:40
Азербайджан нуждается в международной поддержке по разминированию – ANAMA
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox