Gürcüstan parlamenti Seçki Məcəlləsinə dəyişiklikləri təsdiqləyib

Gürcüstan parlamentində Seçki Məcəlləsinə edilən dəyişikliklər təsdiqlənib.Bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
Bildirilib ki, layihə "Gürcü arzusu” deputatlarının təşəbbüsü ilə qəbul edilib.
Dəyişiklik Mərkəzi Seçki Komissiyasının iclasında MSK-nın tam tərkibinin azı üçdə ikisinin dəstəyi ilə keçirilən səsvermənin nəticələrinə əsasən qəbul edilməli olan qərarlara aiddir.
Yəni, MSK səslərin azı üçdə ikisinin dəstəyi ilə qərar qəbul edə bilmədikdə, səsvermə yenidən keçiriləcək.
www.anews.az