• $ 1.7
  • € 1.9286
  • ₽ 0.022033
  • ₺ 0.0433
  • £ 2.2896

Yevlaxda Qarabağ kanalının bəndi uçub, ətraf əraziləri su basıb

Yevlaxda Qarabağ kanalının bəndi uçub, ətraf əraziləri su basıb
04.06.2024 18:42
Yevlaxda Qarabağ kanalının bəndi uçub, ətraf əraziləri su basıb.

APA xəbər verir ki, Qarabağ su kanalının Yevlax rayonunun Kolanı kəndindən keçən hissəsində bəndin bir hissəsi uçub. Nəticədə ətraf ərazilər subasmaya məruz qalıb.Yaxınlıqda olan taxıl və otlaq sahələri su altında qalıb. Qarabağ suvarma kanalı istismar idarəsinin rəisi Şakir İmanov bildirib ki, hazırda ərazidə bənd bərkitmə işləri sürətlə aparılır və axşam saatlarına qədər iş başa çatacaq:

"Qarabağ kanalı 70 ilə yaxındır ki, istismar olunur. Kanal torpaq məcralı olduğuna belə hadisələr baş verir. Səhər saatlarında bizə məlumat verildi ki, kanalda sızma baş verib. Biz dərhal bütün ağır texnikaları və canlı qüvvəni əraziyə cəlb etdik. Mingəçevir su anbarından suyun azaldılması istiqamətində tədbirlərə başladıq. Bəndin bərpa olunması üçün ağır texnikalar vasitəsi ilə hazırda işlər sürətlə aparılır. Su sızması nəticəsində məcrasından çıxan su, kanalın sağ sahilindən kanala paralel keçən kollektorlara dolub. Hazırda sel ötürücü qurğu vasitəsi ilə su ərazidən kənarlaşdırılır. Axşam saatlarına qədər bənd bərkitmə işləri başa çatacaq".

Qurumun rəsmisi onu da deyib ki, məcrasından çıxan su, kanalın mühafizə zolağın aşmayıb: "Yaxınlıqda olan taxıl sahəsinin 20 metr məsafəsinə su dolub. Həmin ərazi də Qarabağ kanalının mühafizə zolağıdır. Bizim idarənin balansında olan torpaqdır".

İmanov, həmçinin bildirib ki, istismar müddətini başa vuran su kanalı gələn il yenidən qurulacaq: "70 ilə yaxın müddətdir ki, istismar olunan kanalın üzərində hidrotexniki qurğular, səviyyə qaldıran qurğular artıq öz istismar müddətini başa vurub. Ona görədə Prezidentin sərəncamına əsasən, beton üzlüklü yeni kanal tikiləcək. Tikinti işlərinə gələn il start veriləcək. Hazırda layhələndirmə işləri aparılır".

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat təklif edir ki, srəhədyanı kəndlərdə işıq və qaz limitləri 3 dəfə azaldılsın
Cəmiyyət 13:15
Deputat təklif edir ki, srəhədyanı kəndlərdə işıq və qaz limitləri 3 dəfə azaldılsın
AZCON-da yeni təyinat olub
Cəmiyyət 12:35
AZCON-da yeni təyinat olub
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:30
Sabahın hava proqnozu açıqlanıb
DYP sürücülərə müraciət edib
Cəmiyyət 12:25
DYP sürücülərə müraciət edib
Baş prokurorluq onların həbsi ilə bağlı qərar verib
Cəmiyyət 12:16
Baş prokurorluq onların həbsi ilə bağlı qərar verib
Qurbanlıq heyvanların satış və kəsim ünvanları açıqlanıb
Cəmiyyət 12:10
Qurbanlıq heyvanların satış və kəsim ünvanları açıqlanıb
Bayramov Keniyanın Baş naziri ilə görüşüb
Cəmiyyət 12:08
Bayramov Keniyanın Baş naziri ilə görüşüb
Bir ay ərzində sərhəddə 3,7 milyon qaçaqmal tutulub
Cəmiyyət 12:03
Bir ay ərzində sərhəddə 3,7 milyon qaçaqmal tutulub
Ruben Vardanyanın məhkəmə prosesi davam etdirilir
Cəmiyyət 12:00
Ruben Vardanyanın məhkəmə prosesi davam etdirilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol