• $
  • £

İKT sahəsində gender bərabərliyi qorunmalıdır

İKT sahəsində gender bərabərliyi qorunmalıdır
06.06.2024 13:00
İKT sahəsində gender balansını qorumaq lazımdır. Bunu Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini-nazir vəzifəsini icra edən Rahid Ələkbərli deyib. 


"Bu tədbirdə bəyləri görürəm, ancaq gender balansını qorumaq, xanımları bu sahəyə cəlb etmək lazımdır. İKT sektorunda qadınların rolunu və mövqeyini artırmaq çox önəmlidir. Çünki biz bir qadının sektorda inkişafını təmin etməklə, digər xanımlar üçün də əla şərait yaradırıq ki, bu sahəni mənimsəsinlər. Xanımlar həm də gözəl öyrədəndirlər və tədrisçidirlər. Onların tərbiyə edən ana xarakterləri, İKT sahəsində, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində yeni kadrların yetişdirilməsində bizə böyük dəstək olacaq. Qadınların bu sahələrdə aktiv iştirakı, həm də cəmiyyətin ümumi inkişafına və təhlükəsizliyinə töhfə verəcəkdir. Onların təcrübə və bilikləri, gələcək nəsillərin daha yaxşı hazırlanmasına və daha güclü bir İKT sektorunun formalaşmasına kömək edəcək. Bu səbəbdən, qadınların İKT sektorunda daha çox yer alması və onların inkişafına dəstək verilməsi vacibdir", - Ələkbərli iyunun 6- da Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin "IV Zirvə Toplantısı"-da çıxışı zamanı qeyd edib. 


O bildirib ki, dövlət sektorunda təhsil işçilərinin 64%-dən çoxu, səhiyyə sektorunda 70%-dən çoxu, ictimai idarəetmə sektorunda çalışanların yalnız 38%-i xanımlardır. 

Aygün Mirakif 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Keşlədə kollektorun üzərində tikilən ev sökülür - Video
Cəmiyyət 20:51
Keşlədə kollektorun üzərində tikilən ev sökülür - Video
FHN dağ çaylarından sel keçməsi ilə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 20:11
FHN dağ çaylarından sel keçməsi ilə bağlı əhaliyə müraciət edib
Quba və Qusar ərazisindən axan bəzi çaylardan sel keçir
Cəmiyyət 19:15
Quba və Qusar ərazisindən axan bəzi çaylardan sel keçir
Sabahın havası meteohəssas insanlarda narahatlıq yaradacaq
Cəmiyyət 18:22
Sabahın havası meteohəssas insanlarda narahatlıq yaradacaq
"Bakıkart" NFC-dən istifadə edən sərnişinlərə müraciət edib
Cəmiyyət 17:30
"Bakıkart" NFC-dən istifadə edən sərnişinlərə müraciət edib
Qusarda sel aparan şəxsin meyiti tapılıb
Cəmiyyət 16:11
Qusarda sel aparan şəxsin meyiti tapılıb
53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Cəmiyyət 14:59
53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Nazir Badamdarda sürüşmə sahəsinə gedib
Cəmiyyət 14:44
Nazir Badamdarda sürüşmə sahəsinə gedib
İlk olaraq bu evlərə çıxarışlar veriləcək
Cəmiyyət 13:41
İlk olaraq bu evlərə çıxarışlar veriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol