• $ 1.7
  • € 1.9592
  • ₽ 0.021249
  • ₺ 0.0431
  • £ 2.3008

Elektron siqaretlərlə bağlı TV və radiolara xəbərdarlıq edilib

Elektron siqaretlərlə bağlı TV və radiolara xəbərdarlıq edilib
06.06.2024 18:04
Elektron siqaretlərin təbliği ilə bağlı TV və radiolara sanksiya tətbiq ediləcəyi barədə xəbərdarlıq edilib.Bu barədə Audiovizual Şuradan məlumat verilib.

Bildirilib ki, son zamanlar, bir sıra yayımçılara ödənişli əsasda bir məlumatın yayımlanması barədə təkliflər daxil olur:

"Həmin məlumatda bır sıra xarici xəbər agentliklərinə istinadla son zamanlar daha çox amerikalı siqaret aludəçilərinin alternativ nikotin məhsullarına keçmələri haqqında məlumatlar öz əksini tapmışdır və iddia olunur ki, alternativ nikotin məhsulları ABŞ bazarının müəyyən faizini təşkil edir. Həmçinin, sözü gedən informasiyalarda mütəxəssislərin daha çox insanın siqareti tərgitməsi və zərərli kimyəvi maddələrin təsiri guya az olan daha yaxşı məhsullara keçməsi tendensiyasına müsbət yanaşmaları iddia olunur”.

Audiovizual Şuranın məlumatında bildirilib ki, belə məzmunlu məlumatların televiziya və ya radio kanallarında yayımlanması "elektron siqaret”lərin təbliği hesab olunduğundan ölkə qanunvericiliyinin pozulmasıdır:

"Nəzərə alınmalıdır ki, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanununa əsasən bütün növ qəlyanlar və elektron siqaretlər tütün məmulatları hesab olunur. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən tütün məmulatlarının satışının və istifadəsinin stimullaşdırılmasına xidmət edən hər bir addım tütün məmulatları sponsorluğudur. Sözügedən Qanunun 9.1.4-cü maddəsinə uyğun olaraq, tütündən istifadənin azaldılması məqsədilə tütün satışının bilavasitə və ya dolayı reklamının və təşviqinin, habelə tütün məmulatları sponsorluğunun reklamının və stimullaşdırılmasının bütün növləri qadağan edilir.

Eyni zamanda, "Reklam haqqında” Qanunun 28-ci maddəsinə əsasən tütün, tütün məmulatlarının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanlarının reklamı qadağandır.

Yuxarıda qeyd olunan məzmunda məlumatların televiziya və ya radio kanallarında yayımlanması qanunvericiliyin pozulması hesab olunaraq, həmin məlumatların yayımlanması halında audiovizual media subyektinə qarşı inzibatı saksiya tətbiq olunacaq”, - məlumatda vurğulanıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Cəmiyyət 14:25
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Binəqədi–Novxanı yolunda hərəkət qismən məhdudlaşdırılacaq
Cəmiyyət 13:00
Binəqədi–Novxanı yolunda hərəkət qismən məhdudlaşdırılacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:55
Sabahın hava proqnozu
Paytaxtda növbəti geniş təmizlik işləri aparılıb
Cəmiyyət 11:51
Paytaxtda növbəti geniş təmizlik işləri aparılıb
İyunun 21-dən məktəbəhazırlıq qruplarına qəbul başlayacaq
Cəmiyyət 11:18
İyunun 21-dən məktəbəhazırlıq qruplarına qəbul başlayacaq
Bulvarda dənizə düşən şəxs xilas edilib
Cəmiyyət 11:03
Bulvarda dənizə düşən şəxs xilas edilib
Rusiya vətəndaşlarından ibarət qrup Azərbaycana təxliyə edilir - Yenilənib
Cəmiyyət 10:50
Rusiya vətəndaşlarından ibarət qrup Azərbaycana təxliyə edilir - Yenilənib
Yol polisi “Son zəng”lə bağlı xəbardarlıq edib
Cəmiyyət 10:09
Yol polisi “Son zəng”lə bağlı xəbardarlıq edib
Bəzi rayonlara yağış yağıb, külək güclənib - FAKTİKİ HAVA
Cəmiyyət 09:51
Bəzi rayonlara yağış yağıb, külək güclənib - FAKTİKİ HAVA
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol