• $
  • £

Ayxan Hacızadə Ermənistan XİN-ə cavab verib

Ayxan Hacızadə Ermənistan XİN-ə cavab verib
07.06.2024 18:47
Ermənistan Xarici İşlər Nazirliyinin bu ölkənin qonşularına qarşı ərazi iddiaları irəli sürməsi faktını təkzib etməyə yönəlmiş 7 iyun 2024-cü il tarixli bəyanatı, əslində, beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq üçün maneə təşkil edən çağırışlardan yayındırmaq niyyətindən başqa bir şey deyil.

Bu fikirlər Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan Xarici İşlər Nazirliyinin 7 iyun 2024-cü il tarixli bəyanatına dair şərhində əksini tapıb.

"Bu gün həqiqətən də əsas problem, başda "Ermənistan və Dağlıq Qarabağın birləşməsi”nə çağıran Ermənistanın Müstəqillik Aktına açıq şəkildə istinad edən Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı davam edən ərazi iddialarıdır.

Azərbaycanın milli təhlükəsizliyinə bilavasitə təsir edən bu iddianın Konstitusiyadan çıxarılmasını tələb etməyə legitim hüququ var və bu Ermənistanın daxili işlərinə müdaxilə kimi qələmə verilə bilməz.
Ermənistan Xarici İşlər Nazirliyinin bu problemin göz ardı edilə biləcəyi ilə bağlı məntiqi, bu ölkənin dayanıqlı sülhdə maraqlı olmadığını və yalnız bu vəziyyəti gələcəkdə yenidən Azərbaycana qarşı təcavüzə başlamaq üçün ehtiyat variant kimi saxlamağa çalışdığını göstərir. Bununla yanaşı, Ermənistanın keçmiş münaqişənin qalığı olan Minsk qrupunun bərpasına yönələn cəhdləri və hərbiləşmə siyasətini davam etdirməsi bu ölkənin Azərbaycana qarşı gizli gündəminin mövcud olduğunu nümayiş etdirir.

Bundan əlavə, Ermənistan tərəfinin sülh müqaviləsi layihəsində mövcud olan "heç bir tərəf sülh sazişi çərçivəsində öz öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar öz daxili qanunvericiliyinə istinad edə bilməz” müddəasını qeyd edərək, bu ölkənin Konstitusiyasında mövcud olan ərazi iddiasının zərərsiz olduğunu bildirməsi tamamilə əsassızdır. Heç bir beynəlxalq sazişin Konstitusiyadan üstün olmadığı hər kəsə yaxşı məlum olan faktdır.

Azərbaycanın sülh prosesi təşəbbüsü ilə çıxış etdiyini və ilkin layihəsi məhz Azərbaycan tərəfindən təqdim edilmiş sülh sazişi üzrə danışıqlar aparmağa Ermənistanı təşviq etdiyini nəzərə alaraq, bu ölkənin Azərbaycan tərəfinin sülh prosesində səmimiliyini şübhə altına almağa heç bir mənəvi əsası yoxdur.

Ermənistan başa düşməlidir ki, regionda sabitliyi və sülhü təmin etməyin yeganə yolu qonşu ölkələrlə suverenlik və ərazi bütövlüyünün tanınması, habelə onlara riayət olunması əsasında münasibətlər qurmaq, həmçinin bu istiqamətdə təhlükə yaradan çağırışları aradan qaldırmaqdır"- şərhdə bildirilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Leyla və Arzu Əliyevalar Şəkidə Xan məscidini ziyarət edib
Siyasət 09:25
Leyla və Arzu Əliyevalar Şəkidə Xan məscidini ziyarət edib
Prezidentin sosial şəbəkə hesablarında Babişin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Siyasət 21:15
Prezidentin sosial şəbəkə hesablarında Babişin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib - Yenilənib
Siyasət 19:45
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib - Yenilənib

Çexiyanın Baş naziri: Milli enerji operatorumuz Azərbaycandan təbii qaz almaq niyyətindədir
Siyasət 13:58
Çexiyanın Baş naziri: Milli enerji operatorumuz Azərbaycandan təbii qaz almaq niyyətindədir

Prezident: Hərbi təyinatlı məhsulların birgə istehsalı ilə bağlı konkret layihələr üzərində danışıqlar gedir
Siyasət 13:48
Prezident: Hərbi təyinatlı məhsulların birgə istehsalı ilə bağlı konkret layihələr üzərində danışıqlar gedir


Prezident: Azərbaycan və Çexiya energetika sektorunda çox etibarlı tərəfdaşlardır
Siyasət 13:04
Prezident: Azərbaycan və Çexiya energetika sektorunda çox etibarlı tərəfdaşlardır
İlham Əliyev və Andrey Babiş mətbuata bəyanatlarla çıxış edirlər
Siyasət 12:58
İlham Əliyev və Andrey Babiş mətbuata bəyanatlarla çıxış edirlər
Milli Məclis 2026-cı ildə Bakıda keçiriləcək WUF13 üzrə BMT sazişini təsdiqləyib
Siyasət 12:05
Milli Məclis 2026-cı ildə Bakıda keçiriləcək WUF13 üzrə BMT sazişini təsdiqləyib
Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib - Yenilənir
Siyasət 11:53
Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib - Yenilənir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol