• $ 1.7
  • € 1.9792
  • ₽ 0.021079
  • ₺ 0.0402
  • £ 2.2346

Ötən il erkən nikaha görə, 20 cinayət işi açılıb

Ötən il erkən nikaha görə, 20 cinayət işi açılıb
11.06.2024 15:16
2023-cü ildə 50-dən çox erkən nikahın qarşısı alınıb, onların 20-dən çoxuna cinayət işi açılıb. Bunu Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlara profilaktiki işin təşkili şöbəsinin rəis müavini İmran Əliyev deyib. 

"2023-cü ildə 50- dən çox erkən nikah faktı aşkarlanaraq qarşısı alınıb. Onların 20-dən çoxuna cinayət işi açılıb. Daxili İşlər Nazirliyinin bu məsələdə praktiki yoxlama zamanı bəzi çətinlikləri yaranır. Belə ki, praktiki fəaliyyətdə əməkdaşlarımızı aiddiyatı üzrə ünvana göndərəndə ailədən bizə bildirirlər ki, qızım öz istəyilə ailə qurub. Ailə Məcəlləsində buna sanksiya nəzərdə tutulmur. Bu zaman bizim üzərimizdə ancaq proflaktik tədbirlər görmək qalır. Həmçinin qanunda göstərilir ki, 16 yaşında olan şəxslər cinsi münasibət üçün yaşıl işıq var. Əgər 16 yaşında olan biri hamilə qalırsa 2 il nikaha daxil ola bilmir. Bu kimi məsələlərə baxılması da yaxşı olar”, - İmran Əliyev iyunun 11-də  Milli Məclisin Ailə,Qadın və Uşaq komitəsinin iclasında  Ailə Məcəlləsində, Azərbaycan Respublikasının  Cinayət   Məcəlləsində  və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirərkən deyib.
 
Gülnar Nazimqızı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 mərtəbəli yaşayış binasında yanğın baş verib - Video
Cəmiyyət 22:10
Bakıda 17 mərtəbəli yaşayış binasında yanğın baş verib - Video
Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılıb
Cəmiyyət 20:03
Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılıb
İlqar Hacıyev Baş Prokurorluğa çağırılıb
Cəmiyyət 18:18
İlqar Hacıyev Baş Prokurorluğa çağırılıb
ABB-dən metro istifadəçilərinə xüsusi fürsət!
Cəmiyyət 16:09
ABB-dən metro istifadəçilərinə xüsusi fürsət!
Yaşar Nurinin qızı vəfat edib
Cəmiyyət 14:00
Yaşar Nurinin qızı vəfat edib
Leysan olacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Cəmiyyət 13:06
Leysan olacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Sabahın hava proqnozu
Cəmiyyət 12:59
Sabahın hava proqnozu
Astara gömrüyündə Avropaya gedən 456 kq narkotik aşkarlanıb
Cəmiyyət 10:07
Astara gömrüyündə Avropaya gedən 456 kq narkotik aşkarlanıb
Zəngilan və Ağdam rayonlarına növbəti köç karvanları yola salınıb
Cəmiyyət 09:38
Zəngilan və Ağdam rayonlarına növbəti köç karvanları yola salınıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol