Türkiyədə PKK terrorçuları təslim olub
Türkiyədə İraqın şimalındakı sığınacaqlarından qaçan PKK-nın iki terrorçu təslim olub. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"PKK-ya qarşı əməliyyatlar artan intensivlik və templə davam edir, təşkilatın parçalanması sürətlənir. İraqın şimalındakı sığınacaqlardan qaçan iki terrorçu təslim olub”, - məlumatda bildirilib.
2023-cü ilin Yanvarın 1-dən bu günədək 199 min 898 nəfərin Türkiyə sərhədlərindən qanunsuz şəkildə keçməsinin qarşısı alınıb. 13 min 156 qeyri-qanuni mühacir və 410-u FETÖ-çü olmaqla 590 terrorçu hüquq-mühafizə orqanlarına təhvil verilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox