• $ 1.7
  • € 1.9977
  • ₽ 0.021379
  • ₺ 0.0398
  • £ 2.2726

Xocalıda aşkarlanmış raket kompleksi Hərbi Qənimətlər Parkına gətirilib

Xocalıda aşkarlanmış raket kompleksi Hərbi Qənimətlər Parkına gətirilib
15.06.2024 12:23
Xocalı rayonu ərazisində aşkar olunmuş "2K11 Kruq" zenit-raket kompleksinin tərkibinə daxil olan "1S32" raket tuşlama stansiyası, iki ədəd "2P24" buraxıcı qurğusu Bakı şəhərində Hərbi Qənimətlər Parkında yerləşdirilib.

"Report" xəbər verir ki, bu barədə 15 İyun - Milli Qurtuluş Günündə Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Hərbi Qənimətlər Parkına media nümayəndələri üçün təşkil edilən mediatur zamanı məlumat verilib.

Mayor Tural Şükürov Azərbaycan Ordusu tərəfindən həyata keçirilən antiterror əməliyyatından sonra Qarabağ iqtisadi rayonuna müsadirə edilmiş döyüş texnikası barədə məlumat verib.

O bildirib ki, lokal antiterror əməliyyatından sonra Xocalıda Ermənistan Silahlı Qüvvələrinin tərk etdiyi "2K11 Kruq" zenit-raket kompleksi aşkarlanıb: "Biz kompleksə baxış keçirən zaman işlək vəziyyətdə idi. Əməliyyat zamanı kompleksdən istifadə edilsə də, hər hansı hava hücumundan vasitəmizə atəş açılmayıb. Artıq bu kompleks Hərbi Qənimətlər Parkındadır".

Mayor Əsgər Məmmədov isə qeyd edib ki, buradakı texnikalar zenit raket kompleksinin tərkib hissələrindən biridir: "2K11 Kruq" zenit-raket kompleksinin 2 ədəd atıcı qurğusu "2P24" tipli, bir ədəd isə raket tuşlama stansiyası - "1S32"dir. Ordumuz bunları antiterror əməliyyatları zamanı Xocalı rayonundan ələ keçirib. Bu iki element "2K11 Kruq" zenit-raket kompleksinin tərkib elementlərinin bir neçəsidir. Bu raket tuşlama stansiyasının özünün lakatoru var. Onun vasitəsilə 105 km qədər hədəflərin aşkarlanması və izlənməsini həyata keçirilir. Məhv edilməsi üçün qərarlar vermiş hədəflərə atıcı qurğuları yönəldərək üstündəki rateklər vasitəsilə 3M8, M1, M2, M3 tipli hədəfə doğru tuşlayıb göndərir".

Mayor Məmmədov onu da qeyd edib ki, bunlar döyüş mövqeyindən ələ keçirilib: "O zaman döyüşə yararlı idi. Bunlar bizim hava hücum vasitələrinin qarşısını almaq məqsədilə quraşdılmışdı. Amma quru qoşunlarımız sayəsində onları ələ keçirmişik. Bu texnikaların istismar müddəti bitib. Biz bu texnikalardan 10-15 il əvvəl imtina etmişik, bundan daha müasir və daha effektiv müasir texnikalarımız var".

Hərbi ekspert Ramil Məmmədli qeyd olunan hava hücumundan müdafiə (HHM) sisteminin təyinatı, taktiki-texniki xüsusiyyətləri, eləcə də Vətən müharibəsindən öncə Ermənistan silahlı qüvvələri tərəfindən hansı məqsədlərlə istifadə olunması barədə məlumat verib.

"Ermənistan Silahlı Qüvvələri Vətən müharibəsindən əvvəl işğal etdikləri Qarabağ və ətraf rayonlarda hava hücumundan müdafiə sistemini gücləndirmişdi. Bu müddət ərzində Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun döyüş aviasiya vasitələrinə təhdidlər yaradır və sıradan çıxarılması üçün müxtəlif tədbirlər həyata keçirirdilər. Vətən müharibəsində Azərbaycan Ordusu düşmən ordusunu darmadağın etdi. Sonrakı dövrdə bu ərazilərdə müxtəlif düşmən texnikaları var idi. Bu gün Azərbaycanın Hərbi Qənimətlər Parkında "2K11 Kruq" zenit-raket kompleksinin görürük. Silahlar, bu kimi texnikaların aşkarlanması davam edir və onlar zərərsizləşdirilir", - deyə o qeyd edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti artırılır
Cəmiyyət 19:30
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti artırılır
Azərbaycan və Polşa arasında hərbi tibb sahəsində əməkdaşlıq müzakirə olunub
Cəmiyyət 19:01
Azərbaycan və Polşa arasında hərbi tibb sahəsində əməkdaşlıq müzakirə olunub
AQTA Yeni il qutuları ilə bağlı çağırış edib
Cəmiyyət 17:39
AQTA Yeni il qutuları ilə bağlı çağırış edib
Bakıda “Nəqliyyat Təlim Mərkəzi” yaradılıb
Cəmiyyət 17:28
Bakıda “Nəqliyyat Təlim Mərkəzi” yaradılıb
Peşə Təhsili üzrə Dövlət Agentliyinin yeni direktoru kollektivə təqdim olunub
Cəmiyyət 17:18
Peşə Təhsili üzrə Dövlət Agentliyinin yeni direktoru kollektivə təqdim olunub
Qida Təhlükəsizliyi Agentliyi uşaqlar üçün Yeni il hədiyyə qutularına diqqət olunmasını tövsiyə edir
Cəmiyyət 16:15
Qida Təhlükəsizliyi Agentliyi uşaqlar üçün Yeni il hədiyyə qutularına diqqət olunmasını tövsiyə edir
Azərbaycanda əmək müqavilələrinin sayı 2018–2025-ci illərdə 45% artıb – nazir
Cəmiyyət 15:58
Azərbaycanda əmək müqavilələrinin sayı 2018–2025-ci illərdə 45% artıb – nazir

“Nar” lotereyasında böyük finala az qaldı – “Li L9 Ultra” avtomobili səni gözləyir
Cəmiyyət 15:52
“Nar” lotereyasında böyük finala az qaldı – “Li L9 Ultra” avtomobili səni gözləyir
Azərbaycan beynəlxalq ikili diplom proqramları üçün seçim qaydalarını təsdiqləyib
Cəmiyyət 15:46
Azərbaycan beynəlxalq ikili diplom proqramları üçün seçim qaydalarını təsdiqləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol